Xaricdə yazayan soydazlarımız xalqı demokratik qüvvələrə səs verməyə çağırdı

img

02-11-2010 [11:10]


Xaricdə yaşayan soydaşlarımızın 7 noyabr parlament seçkilərilə bağlı Azərbaycan xalqına müraciət ünvanlayıblar. MİA-ya daxil olan müraciəti oxucularımıza təqdim edirik. Əziz soydaşlarımız! İllərdir ki, Azərbaycan avtoritar və polis rejimi vasitəsilə idarə olunur. 1993-cü ildən bu günə qədər Azərbaycanda keçirilən bütün seçkilər hakimiyyət tərəfindən saxtalaşdırılıb. Vətəndaşların səsləri oğurlanıb, xalqın seçki yolu ilə hakimiyyəti dəyişmək hüququ tapdanıb. Ölkədə hökm sürən rüşvət və korrupsiya xaosu, işsizlik, insanların əqidəsinə görə təqib edilməsi, xüsusi xidmət və polis orqanlarının vasitəsilə yaradılan hərbi xunta rejimi 3 milyona yaxın Azərbaycan vətəndaşının öz vətənini məcburi tərk etməsinə gətirib çıxarıb. İllər ərzində Qarabağ problemi həll edilməmiş, 1 milyondan çox qaçqın sosial problem içində boğulmuş, məhkəmə sistemi hakimiyyətin təzyiq aparatına çevrilmiş, azad mətbuat, siyasi müxaliflər susdurulmuş, müxalifət məhv olmaq təhlükəsilə üz-üzə qalmışdır. Azərbaycanda bir dövlət kimi lazım olan atributların hamısı rəmzi məna daşımışdır ki, bu da birbaşa seçkilərin saxtalaşdırılmasının nəticəsidir. Azərbaycandakı demokratların mübarizəsi nəticəsində Avropa Şurası, Venesiya Komissiyası azad seçkilərin keçirilməsi üçün Seçki Məcəlləsinin dəyişdirilməsi üçün şoxsaylı təkliflər veriblər. Lakin bunun əvəzində hakimiyyət daha da aqressivləşmiş və Azərbaycanda heç zaman azad seçki keçirilməyəcəyini bu və ya digər yolla beynəlxalq təşkilatların diqqətinə çatdırmışdır.Bu seçki prossesi zamani da demokratik qüvvələr böyük çətinliklər, təqiblər və təzyiqlərlə üzləşiblər. Hörmətli həmvətənlər, açıq bəyan edirik ki, 100 il ərzində ikinci dəfə müstəqillik qazanan dövlətimiz ciddi təhlükə qarşısındadır. Proseslərin bu axarla inkişafı Azərbaycanın çox keçmədən oyuncaq dövlətə çevriləcəyini ortaya qoyur. Saxtakarlıqlar beynəlxalq aləmdə torpaqlarımızın işğalına haqq qazandırır, Dağlıq Qarabağın müstəqil subyekt kimi tanınmasına şərait yaradır. Biz vətəndən uzaqlarda olsaq da, bu təhlükəni real görürük. Sizləri vətənimiz, millətimiz və ən əsası öz övladlarınızın gələcəyi naminə hamılıqla demokratik qüvvələrin namizədlərinə səs verməyə və verdiyiniz səsləri qorumağa çağırırıq. Əminik ki, demokratik qüvvələrin namizədlərinə səs verməklə və səslərinizin qorunmasında onlara verdiyiniz dəstəklə saxtakarlıqları minimuma endirəcək, Azərbaycanda qanunun şahdan üstün olduğunu xalq olaraq təsdiqləyəsəksiniz. Bir daha qeyd edirik ki, Azərbaycanın bütün problemlərinin həlli azad və ədalətli seçkilərdən, xalqın verdiyi səsi müdafiə etməsindən keçir. Bütün beynəlxalq və regional təcrübələr bunu bir daha təsdiq edir. Biz öz növbəmizdə yaşadığımız ölkələrin, Avropa Birliyinə daxil olan dövlətlərin rəhbərlərinə, AŞ PA, ATƏT, Avropa Birliyinə və digər beynəlxalq qurumlara müraciət edərək seçkinin nəticələrilə bağlı prinsipial mövqe tutmalarını xahiş və tələb edəcəyik. Eyni zamanda seçki həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün toplantılar təşkil edib, görüşlər keçirəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA