"Seçki saxtakarlığına cəhdlər davam edir"

img

01-11-2010 [12:34]


Qarabağ blokuna daxil olan partiyalardan deputatlığa namizədlərin dairə əraziləri üzrə yerləşdirilmiş plakatlarının cırılıb, lövhələrdən çıxarılması və əksər dairələrdə MİS-in əməkdaşlarının hakimiyyət nümayəndələrinin təbliğinə cəlb olunması barədə faktlar daxil olmaqdadır. ADP mətmuat xidmətindən MİA-ya daxil olan məlumata görə, bu hal daha çox 34 saylı Xətai ikinci, 9 saylı Binəqədi ikinci, 45 saylı Abşeron, 17 saylı Yasamal üçüncü, 22 saylı Nəsimi ikinci, 16 saylı Yasamal ikinci seçki dairələrindən namizədliyi irəli sürülmüş iddiaçılara tətbiq edilib. 22 saylı Nəsimi ikinci dairəsindən namizəd R. Mansurovun vəkillərinin verdiyi məlumata görə Mənzil İstismar Sahəsinin əməkdaşları adı çəkilən dairədən namizədliyi irəli sürülmüş və daha çox hakimiyyət tərəfindən himayə edilən A. Mollazədənin seçki təbliğat materiallarını yayır və açıq şəkildə onun təbliği ilə məşğul olurlae. 34 saylə Xətai ikinci seçki dairəsindən namizəd Z. Hüseynov həmin dairədə onun plakatlarının kütləvi şəkildə çırılıb lövhədən çıxarılması, MİS əməkdaşlarının YAP-ın namizədi Gülər Əhmədovun təbliği ilə məşğul olması, ərazidə görülən sosial işlərin onun adına çıxarılması, Neft Yağ zavodunun insan və nəqliyyat resurslarını hazır vəziyyətə gətirməklə karusel əməliyyatını həyata keçirməyə cəhdləri, hər evə gedərək vətəndaşların şəxsiyyət vəsiqələrinin təzədən qeyd edilməsi barədə faktların mövcudluğunu diqqətə çatdırıb. 53 saylı Quba-Qusar seçki dairəsindən ?Qarabağ Bloku?nun namizədi Zeynal Həmidovun şikayəti əsasında Apelyasiya Məhkəməsi onun namizədliyinin qeydə alınması ilə əlaqədar qətnamə qəbul etdiyi üçün MSK bu gün onun namizədliyini təsdiq edən vəsiqəni təqdim edib. Amma bu dairədən olan digər namizədlərdən fərqli olaraq Z.Həmidovun təbliğat kompaniyası aparmasına praktiki olaraq vaxtı qalmır və bu da onun Konstitusiya ilə bərabərlik hüququnun məhdudlaşdırılması kimi dəyərləndirilməlidir. Məsələ ilə əlaqədar lazım olan hüquqi prosedurların həyata keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA