isa Qəmbər Hüseynbala Mirələmovu tutdurmaq istəyir

img

01-11-2010 [11:22]


Müsavat Partiyasının başqanı, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd İsa Qəmbərin seçki qərargahı Yeni Azərbaycan Partiyasının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədi Hüseynbala Mirələmovu məhkəməyə verəcək Bu barədə namizədin seçki qərargahı artıq qərar qəbul edib. Qərargahının rəhbəri Vaqif Hacıbəyli bildirib ki, Oktyabrın 30-da İctimai Televiziyanın ?Xalq Seçir" verilişindəki debatda deputatlığa namizəd Hüseynbala Mirələmov canlı efirdən Müsavat Partiyasının başqanı, deputatlığa namizəd İsa Qəmbərin ünvanına təhqiramiz ifadələr işlədib: ?Biz Hüseynbala Mirələmov haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edəcəyik. Lazımi sənədləri hazırlayırıq. Yaxın günlərdə Hüseynbala Mirələmov məhkəməyə veriləcək?. V. Hacıbəyli bundan əvvəl Elbrus Abdullayev adlı YAP-çı namizədi də İsa Qəmbərə böhtan atdığı üçün məhkəməyə verdiklərini xatırlatdı: ?Biz əvvəldən bəyan etmişik ki, böhtana və təhqirə yol verən şəxslərin hüquqi müstəvidə cəzalandırılması üçün gərəkən addımları atacağıq. Hüseynbala Mirələmov İsa Qəmbəri təhqir etdiyi üçün məhkəmə qarşısında cavab verməlidir?. Məlum olduğu kimi, oktyabrın 30-da deputatlığa namizədlərin İTV-də pulsuz efir təşviqatı zamanı 33 saylı Xətai I seçki dairəsinin deputatlığa namizədləri çıxış edərkən canlı yayımda dava düşüb. ?AXCP-Müsavat? blokunun vahid namizədi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı YAP-ın bu dairədən deputatlığa namizədi Hüseynbala Mirələmovun AXCP sədri Əli Kərimlinin ünvanına təhqiramiz ifadələr işlətməsinə sərt cavab verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA