"Heç bir seçkidə alternativimin kimliyi məni qorxutmayıb"

img

31-10-2010 [04:19]


[b]Gülər Əhmədova: "Millət vəkili olduğum 10 il ərzində təkcə Yasamaldan olan seçicilərin deyil, Azərbaycanın hər yerindən edilən müraciətləri araşdırıb, gücüm çatan problemləri həll etmişəm" [/b] 7 noyabrda keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Hakim Yeni Azərbaycan Partiyasının 34 saylı Xətai II Seçki Dairəsindən deputatlığa vahid namizədi, Milli Məclisin deputatı Gülər Əhmədova da təbliğat-təşviqat kampaniyasını davam etdirir. Seçkiöncəsi vəziyyət, seçki gözləntiləri və digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən Gülər Əhmədov ilə söhbətə təbliğat-təşviqat kampaniyasının gedişatı ilə bağlı sualla başladıq. [b]- Gülər xanım, artıq təbliğat-təşviqat kampaniyasının son həftəsidir. Təbliğat kampaniyanız necə gedir? [/b] - Əlbəttə ki, seçki kampaniyası normal gedir. ?ormal gedir deyəndə, heç də çox rahat və səs-küysüz mühiti nəzərdə tutmuram. Artıq qatıldığım hər üç seçkidə mənə qarşı "qara piar" kampaniyası aparılıb. ?ecə deyərlər, bu kampaniyaya bir növ adətkarda olmuşam. Təəssüf edirəm ki, bu seçki kampaniyası zamanı uzun müddət bir-biri ilə çox yaxşı münasibətdə olan, hətta dost olmuş şəxslər də nəyə görəsə bir-birinə düşmən olurlar. Bu zaman heç bir qayda-qanuna sığmayan fəndlərdən istifadə edirlər. Əlbəttə, bu, mənim üçün qəbuledilməzdir. Mən, namizəd olaraq, heç zaman öz alternativlərimə qarşı belə addım atmamışam. Hesab etmişəm ki, bu, mənim şəxsiyyətimi alçalda biləcək bir işdir. Təəssüf edirəm ki, bu seçkidə də "qara piar"la rastlaşdım. Ən çox təəssüfləndiyim məsələ isə ondan ibarətdir ki, belə qarayaxmalar özünü alim adlandıran insanlar tərəfindən aparılır. Amma alimin əxlaqı, şəxsiyyəti belə işlərdən çox-çox üstün olmalıdır. Görəndə ki, özünə alim deyən şəxs belə addım atır, açığı, çox təəssüflənirəm. Müqəddəs Kitabımızda da deyilir ki, alimin mürəkkəbinin bir damlası şəhid qanıyla bərabər tutulur. O baxımdan, mənə elə gəlir ki, özünü alim və ya elm fədaisi sayan şəxslər belə addımlar atmamalıdır. Hər addımı atarkən özlərinə hörmət etməlidirlər. [b]- Artıq bir sıra görüşləriniz olub. Seçicilərlə görüşlər Sizi qane edirmi? [/b] - Əlbəttə, qane edir. Demək olar ki, hər gün seçicilərlə görüşür, onlarla ünsiyyətdə oluram. Onların problemlərini dinləyirəm. [b]- Sirr deyil ki, Siz əvvəl Yasamal rayon sakinlərini parlamentdə təmsil etmisiniz. YAP siyahısını açıqlayanda Sizi 15 saylı Yasamal I Seçki Dairəsindən namizəd olaraq göstərmişdi. Amma sonradan bu qərarlarını dəyişdilər. Bəziləri ordan şansınız olmadığını düşünürdülər... [/b] - Alternativlərimin mənə qarşı istifadə etdikləri məqam odur ki, nəyə görə Yasamaldan Xətaiə gəldim? Birincisi, buna partiyamızın icraçı katibi Əli müəllim çox yaxşı cavab verib. Güman etmirəm ki, ondan artıq cavab vermək mümkündür. O, bu məsələylə bağlı qeyd edib ki, Xətaidə bizim namizədimiz zəif idi. Buna görə də ora daha güclü namizəd göndərdik. Demək istəyirəm ki, bu, bizm partiyanın qərarıdır, bu qərara da hörmətlə yanaşılmalıdır. Bilirsiniz ki, bizim partiyada olan qayda-qanunun ciddiliyini başqa heç bir partiya ilə müqayisə etmək mümkün deyil. Bəlkə də buna görədir ki, Yeni Azərbaycan Partiyası başqa partiyalardan fərqli olaraq, daha monolitdir və inkişaf etməkdədir. Təmərküzləşmə prosesi burda daha çox ciddi gedib. Əgər biz özümüzü partiyamızın əsgəri hesab edir, düşünürük ki, partiyanın qərarı bizim üçün müzakirə olunmazdır, o zaman verilən bütün qərarlara hörmət etməliyik. Düzdür, mən 10 il Yasamal rayonunu parlamentdə təmsil etmişəm. ?ecə təmsil etdiyimi isə məndən deyil, Yasamal sakinlərindən soruşsanız, daha yaxşı olar. O zaman mənim şansımın nə qədər olub-olmadığını bilərsiniz. Yenə deyirəm, Xətaiyə getməyim təmsilçisi olduğum partiyanın qərarıdır. Mən də o partiyanın əsgəriyəm. İndi sizdən soruşuram, bir əsgərə komandir "burda deyil, qarşı tərəfdə duracaqsan",- deyərsə, o nə edər? Əlbəttə ki, "baş üstə!" deyər. Yox, "durmuram!",- deyərsə, hərə öz bildiyini edərsə, o orduda hərcimərclik olar, anarxiya baş alıb gedər. Partiya da belədir. Qəbul edilən qərarlara hər kəs tabe olmalı, ona əməl etməlidir. Qurucusu ümumilli liderimiz Heydər Əliyev, hazırda sükanı hörmətli prezidentimiz İlham Əliyevin əlində olan Yeni Azərbaycan Partiyası da yarandığı gündən bu yolu tutub. Mənə Azərbaycanın hansı bölgəsindən "seçkiyə qatıl" əmri verilsəydi, ona tabe olacaqdım. Ümumiyyətlə, mən heç bir zaman millətimi bölgələrə ayırmamışam. Millət vəkili olduğum 10 il ərzində təkcə Yasamaldan olan seçicilərin deyil, Azərbaycanın hər yerindən edilən müraciətləri araşdırıb, gücüm çatan problemləri həll etmişəm. Mən çox xoşbəxtəm ki, partiyamız yarım milyon üzvünün arasından bu siyahıya mənim də adımı salıb. Siyahı açıqlanandan dərhal sonra mən öz minnətdarlığımı partiyamızın sədrinə də bildirdim. Və hər zaman çalışacam ki, mənə olan etimadı doğruldum. Yasamaldan bu dairəyə gəlməyimlə bağlı deyilənlərə isə, bu cavağı vermək istərdim: Tutaq ki, Xətaidə küçənin bir başı bir dairəyə, digər başı isə başqa bir dairəyə düşür. Onda belə çıxır ki, mən həmin insanları ayırmalıyam, millətimi bölməliyəm? Mən belə bölgünün əleyhinəyəm. Bizim partiyamızın sədri, cənab prezidentimiz vətənin bölünməzliyi, millətin bütövlüyü naminə dediyi bir söz vardı. O demişdi ki, mən 50 milyonluq Azərbaycanın prezidentiyəm. Belə olan halda Bakıda insanların bir küçədən digər küçəyə keçməsini qorxaqlıq və ya digər adla adlandırmaq əlbəttə ki, absurddur. Və bunu yalnız zəif adamlar edə bilər. [b]- Xətaidən hazırda Milli Məclis üzvü olan ?əsib ?əsibli Sizin alternativinizdir. Bu, Sizi qorxutmur ki? Çünki o, açıqlamasında əminliklə seçiləcəyini bildirib. [/b] - Mən siyasətə yeni gəlməmişəm. Hələ gənc yaşlarımdan Heydər Əliyevin siyasi və mənəvi dəstəyi ilə siyasətə gəlmişəm. Hər bir YAP-çı kimi Heydər Əliyev məktəbi keçmişəm. Odur ki, heç bir seçkidə alternativimin kimliyi məni qorxutmayıb. Qorxsaydım, bu gün siyasətdə olmazdım. Başa düşürəm ki, Xətaiyə gözlənilmədən gəldim. Məndən öncə ordan namizədliyini vermiş insanlara demək istəyirəm, əlbəttə ki, sizdə müəyyən siyasi hesablamalar apararaq ordan namizədliyinizi vermisiniz. Hər halda bunu üzürlü hesab etməlidirlər. Bu, mənim qərarım deyildi. Mən onların hər birinin ailələrinə, özlərinə cansağlığı arzulayıram. Yaxşı bilirəm ki, özləri dillərində desələr belə, əksəriyyətinin ailələri, uşaqları mənə səs verməyə hazırdırlar. Çünki artıq 10 ildə mən sübut etmişəm ki, qadınların, uşaqların hüquqları mənim üçün prioritetdir. Heç nəyə baxmayaraq təhsilimiz, səhiyyəmizlə bağlı problemləri öz çıxışlarımda önə çəkmişəm. Əlbəttə ki, bunun mənim tərəfimdən deyilməsi bir qədər qeyri-təvazökarlıq hesab olunsa da, həqiqət belədir. [b]- Bəzi alternativləriniz Sizinlə bağlı müxtəlif fikirlər səsləndirir. Bu nə dərəcədə doğrudur?[/b] - Kimin nə deməsi məni qətiyyən maraqlandırmır. Məni bu saat seçki marafonumun necə gedəcəyi, nəticədə qələbə çalmağım maraqlandırır. Odur ki, hansısa alternativimin yalanlarla dolu fikirlərinə münasibət bildirmək istəmirəm. Bunlara zamanım da yoxdur. Seçicilərlə görüşümdə də heç bir alternativim haqqında mənfi fikir söyləmirəm. Amma təəssüflər olsun ki, mənə qarşı həqiqətə uyğun olmayan kampaniya aparılır. Düşünürəm ki, özünə güvənən, hörmət edən insanlar belə işlərlə məşğul olmamalıdır. Səni "abi" adlandırdığı üçün kimlərinsə fitvasına getmək doğru olmaz! Opponentlərim başa düşməlidirlər ki, onlara kömək edən bəzi adamlar, onların dahi olduqları üçün, onlara kömək etmirlər. Daha çox onlar mənə qarşı cəbhə açmaq arzusunda olanlardır. Ona görə də birilərinin "abi" dediyi adamlara deyirəm ki, bu fitnələrə uymayın. Beş-on il ərzində mən hər zaman hər kəslə normal münasibətdə olmağa çalışmışam. İnanmıram ki, kimlərinsə mənə qarşı qaldırdığı fitnə-fəsad yaxşı bir şeylə nəticələnsin. Çünki həmişə özgəsinə quyu qazan ora özü düşür. Arzum yenidən millət vəkili seçilərək, ölkəmizdə aparılan quruculuq işlərində daha yaxından iştirak etməkdir. İstəyim Heydər Əliyev siyasətini davam etdirməkdir. İstəyim Beynəlxalq arenada Heydər Əliyev Fondunun tutduğu mövqeyi müdafiə etmək, Xocalıya Ədalət Kampaniyasında iştirak etməkdir. O baxımdan, mənim üçün çox böyük ideallar var. Mən bu istəyimə çatmaq arzusundayam. İstəyərdim ki, mənim gördüyüm işlər də bu ümumi işin bir hissəsi olsun. O ki qaldı könül bulandıran məsələlərə, belə işlərlə məşğul olan insanlara yazığım gəlir. Şəxsi mənafeyini xalqın mənafeyindən üstün tutanlar heç bir zaman tarixdə öz yerini tuta bilməyib. Çox istəyirəm ki, biz bu həyatdan köçəndən sonra arxamızca bizə rəhmət oxuyanlar olsun. Biz hansısa bir imkansızın, dərdli insanın dərdinə dərman ola bilək. Mən buna alışmışam. Bu, mənə Heydər Əliyevin verdiyi tərbiyədir. Heydər Əliyev məktəbinin əsas devizi siyasətdə əxlaqlı olmaq, siyasətdə özünü doğru-dürüst aparmaqdır. Mən də bu məktəbi keçmişəm. Bu məktəbi də siyasət məktəbləri içində ən əqidəli, ən əxlaqlı hesab etmişəm. Kimlərsə deyir, siyasət çox iyrəncdir. Mən bununla razı deyiləm. İyrənc insanlar harda olmasından asılı olmayaraq, oranı pis göstərəcək. Belə insanlar həmişə ətraflarında üfunət yaradırlar. Amma əqidəli, sağlam fikirli insanlar hər zaman ətraflarında xoş aura yaratmış olurlar. Mən siyasətə gələrkən həmişə ətrafımda yaxşı insanları görmüşəm. Heydər Əliyevin düşmənlərinin belə danmadığı müsbət auranı görmüşəm. Siyasətə gələndə Heydər Əliyevi hər zaman arxamda bir ata hiss edib, onun dəstəyini görmüşəm. Bu baxımdan, mən özümü çox rahat hiss edirəm. Bu gün Heydər Əliyev siyasətini cənab prezidentimiz İlham Əliyev uğurla davam etdirir. O baxımdan da istəyirəm ki, siyasətə həmişə doğru insanlar gəlsin. Etiraf edək ki, bəzi insanlar bilərəkdən siyasətdə səhv edirlər, əxlaqsızlığa yol verirlər. Buna görə də bəzilərinə "dayan, dur!" komandası verilib. Düşünürəm ki, bu, onlar üçün həyatda bir dərsdir. Çalışıb, ondan bir nəticə çıxarmalıdırlar. Yeni səhvlər, yeni şərlərlə məşğul olmağa tərəf getməməlidirlər. Çünki onlar artıq uçurumun başındadırlar. İstəməzdim ki, bəzi həmkarlarım apardıqları şər-böhtan kampaniyasının nəticə verəcəyinə inansınlar. Bu dünya xeyrin üzərində qurulub. Belə olmasaydı, dünyamız inkişaf etməzdi. Sonda onu da deyim ki, hər işin geci-tezi var. Hər şeyin üstü açılacaq. Odur ki, unutmayaq, bu, bir siyasət meydanıdır. Yaxşı olanlar hər zaman qazanar. Mən özümlə yanaşı, bütün opponentlərimə də uğurlar arzulayıram. İnşallah, hər kəs layiq olduğu yeri tutar!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA