AzTV sədrindən prezidentə zikayət edilib

img

29-10-2010 [04:21]


?AzTV rəhbərliyində çalışdığı müddətdə etimadı doğrultmadığına, kütləvi hüquq pozuntularına, o cümlədən ciddi maliyyə qanunsuz-luqlarına yol verdiyinə, həmçinin Azərbaycan televiziyasının ənənə-lərinə və bütövlükdə mədəniyyətimizə sayğısızlıq göstərdiyinə görə A.Alışanovun deputatlığa iddia etməyə mənəvi haqqı yoxdur.?- Televiziya və radio işçilərinin hüquqlarını müdafiə komitəsinin yaydığı bəyanat bu sözlərlə başlanır. Komitənin üzvü, rejissor Elşən Yaqubov MIA-ya bu barədə verdiyi məlumatda bildirib ki, cəmiyyətin layiqli üzvlərinin, ictimai həyatda müsbət fəaliyyəti ilə tanınmış şəxs-lərin seçilməli olduğu parlamentə keçmiş bioqrafiyası və bugünkü işi ilə yalnız mənfi imic formalaşdırmış Alışanov kimilərinin can atması heç bir məntiqə sığmır.Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara da müraciət edəcəklərini bildirən E.Yaqubov ?heç bir qabiliyyəti ilə fərqlənməyən, yüzlərlə insanı işsiz və çörəksiz qoyan, adı müxtəlif maliyyə pozuntularında hallanan, öz iş yerində belə nüfuzu olmayan Alışanovu kimin və nəyə görə himayə etməsi cəmiyyət üçün anlaşılmazdır? sözlərini də dilə gətirib. Aldığımız məlumata görə, Alışanovun deputatlıq sevdasından şikayət-lənən təkcə teleradio işçiləri deyildir. AzTV sədrinin namizədliyini irəli sürdüyü 45-ci dairənin (Abşeron r-nu) bir qrup seçicisi də ölkə prezidentinə, MSK-ya, ATƏT-in və Avropa Şurasının Bakı ofisinə müraciət edərək, Alışanovun seçkiqabağı təşviqat qaydalarını pozmasından şikayətlənmişlər. Müraciətdə bildirilir ki, Abşeron rayon icra hakimiyyətinin dəstəyindən və yerli inzibati resurslardan AzTV sədrinin xeyrinə istifadə olunması əsl layiqli namizədlərin imkanlarını məhdudlaşdırır. AzTV-nin bir qrupp əməkdaşı Prezident ilham Əliyevə Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin sədri Arif Alışanovun hakimiyyətin adına ləkə gətirən əməlləri barədə məktub ünvanlayıb. MİA-nın elektron ünvanına daxil olan müraciəti təqdim edirik: Çox hörmətli cənab prezident! Biz Azərbaycan televiziyasının hazırda çalışan əməkdaşları Sizin fərmanınıza sayğı göstərəcək, dörd ildir ki, A.Alışovun yarıtmaz idarəçiliyinə, çirkin və rüşfətxor əməllərinə dözmüşük. Amma indi çox açıq şəkildə görünür ki, Alışanov ləkəli əxlaqı və yarıtmaz fəaliyyəti ilə müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə və onun layiqli varisi olan Sizə layiq kadr deyildir. Düşünürük ki, öz gələcəyini xarici ölkələrin birinə qaçmaqda görən A. Alışanov Sizə və dövlətimizə hansı sima ilə xidmət edəcəkdir? Məlumat üçün bildirək ki, A.Alışanovla uzun illərdir bir yerdə işləyirik və bu adamı maliyyə oğrusu kimi tanıyırıq. Digər tərəfdən, uzun illər onun ulu öndərimiz haqqında dediyi nalayiq sözlər, naxçıvanlılar haqqında işlətdiyi təhqiramiz ifadələr indi də qulaqlarımızda səslənir. O, üzdə , adamların yanında elə təsəvvür yaradır ki, guya Heydər Əliyevçidir və İlham Əliyevin sağ əlidir, amma əslində keçmişi ləkəli olan, bu hakimiyyəti ürəkdən sevməyən bisavadın birisidir. Cənab prezident! Biz bu dörd ildə gözlədik ki, A. Alışanovun kimliyi Sizə ətraflı məlum olsun və ondan sonra müraciət edək. Artıq respublikamızda bütün kütləvi informasiya vasitələrində, istər iqtidaryönlü, istərsə də müxalifyönlü qəzetlərdə nəşr olunan onlarca iri həcmli məqalələrdə A. Alışanovun əsl sifəti, kimliyi, hansı əqidə sahibi olduğu, hansı yolla dövlətimizin təbliğat maşının başına keçirildiyi və hazırda nə kimi işlərlə məşğul olduğu geniş ictimayətə çatdırılıb. Arif Alışanov kimdir?- sualının bir cavabı var: AZTV-nin büdcəsindən oğurladığı pullar hesabına varlanan və pulla sədr vəzifəsinə yiyələnən təsadüfi bir vücud! AZTV-də işlədiyi müddətdə Alışanovun ancaq bir qayğısı olub: var-dövlət toplamaq, şirkətə gələn sədrləri maliyyə məsələləri ilə ələ almaq, öz tikinti biznesini inkişaf etdirmək! O, bizlərə bunu tövsiyyə edir: vəzifəyə keçmək üçün iki istiqamətdə işləmək lazımdır. Birincisi naxçıvanlıların xaç atası-Ramiz Mehdiyevin pulunu ver, nə edirsən et! Ikincisi isə prezidentin çevrəsinə pulla yol tapmaq! Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə yaxın dostluq münasibətlərində olan Alışanov, bir müddət öncə AZTV-nin yenidən təmir etdirib və dediyinə görə, artıq şirkət hissə-hissə özəlləşdirilib. Bir azdan dövlət mülkiyyətindən çıxarılaraq, təsərrüfat hesablı şirkətə çevriləcək. Buna görə də A. Alışanov böyük bir kollektivin əmlakına sahiblənmək istəyir. Hazırda A.Alışanov AZTV-nin bütün mülkiyyətini ələ keçirmək üçün administrasiyanın rəhbəri R. Mehdiyevlə birgə ciddi çalışırlar. Onu da deyək ki, Alışanovun fəaliyyətilə bağlı digər dövlət qurumlarına ünvanlanan şikayət məktublarına və teleqramlarına bugünədək heç bir məhəl qoyulmamış və günü-gündən kollektiv arasında narazılıqların artmasına səbəb olmuşdur. Buna görə də Alışanov yaradılan mühitdən narazı olanları işdən uzaqlaşdırır. Bu uzaqlaşdırmanın bir səbəbi də odur ki, Alışanov dövlət büdcəsindən ayrılmış 42 milyon manatı maniəsiz mənimsəsin Maliyyəçi sədr nəyi və necə, izsiz-tozsuz aradan çıxarmağın, silib-süpürməyin yollarını yaxşı bilir.Bu səbəbdən dörd ildir ki, AZTV-də özbaşnalıq hökm sürür. Bura dövlət qanunları ilə deyil, bazar qanunları ilə idarə olunaraq, bir sahibkarın şirkətinə çevrilib. Ölkənin əsas televiziyasında artıq təkcə insani münasibətlər, milli-mənəvi dəyərlər də hərraca qoyulur. Dövlətin əsas təbliğat qurumu bir işbazın və onun ətrafındakı fırıldaqçıların əlində qalıb. Maliyyə pozğunluqları və rüşfətxorluq üçün heç kimdən və heç nədən çəkinmir. Çünki Alışanov yuxarıları dolaşıq işlərinə yaxın buraxmamağın çeşidli yollarından yararlanır. Dörd ildir ki, AZTV-nin dəmir darvazaları, son üç ildə iki yol təzələnən daş hasarını bir hüquq mühafizə orqanının əməkdaşı aşa bilmir. Alışanov əsas himayəçilərinin Ramiz mehdiyev və Əli Həsənov olduğunu da gizlətmir. Cənab prezident! Bu faktlar ciddi nəzarətinizdə olub, araşdırılarsa, hər şey Sizə də aydın olar. Onda Alışanov bilər ki, dövlətin büdcəsindən oğurluq etmək olmaz, bilər ki, İdarəçilik Akademiyası ilə üzbəüz sahədə yerləşən dördmərtəbəli villasını oğurluq pulla tikilməsi əvvəl-axır üzə çıxmalıydı. Əgər Alışanovu yüngülvari sorğu-sual edən olsa onun siyasi korazehinliyi üzə çıxar. Bu da təbiidir, çünki 1995-ci ilin mart hadisələrində ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qorunması naminə xalqı köməyə çağıranda AZTV-nin maliyyə bosu A. Alışanovun Omonçu qaynı Etibar Bağırov və daha iki qohumu əllərində silah hökümətə qarşı vuruşurdular. Onlar pullu qohumları Alışanovdan maliyyə dəstəyi sahəsində Mahir Cavadovun dəstəsində dövlətə meydan sulayırdılar. Etibar Bağırov Mahir Cavadovun mühafizəçilərindən biri idi. Məhz həmin vaxtlar A.Alışanov və həyat yoldaşı Mehriban Alışanova Omonçulara dəstək verirdilər. Xüsusilə axtarışda olan E. Bağırov Alışanovun ailəsi ilə birlikdə təcili Belarusa-Minskə göndərilmişdi. Bu, o zamanlar idi ki, sədr Babək Hüseynoğlu Omonçuların Dövlət müstəqilliyimizə qarşı xəyanətlərini pislədiyi halda, bilmirdi ki, qatı cinayətkar E. Bağırovun himayədarı onun yanında gəzir. Uzun illər axtarışda olan qaynını gizlədən A.Alışanov indi E.Bağırovu idmançı kimi müxtəlif telekanallarda reklam etdirir. Düşünmür ki, həbsdə olanlar azadlıqda gəzən cinayətkarı görüb fəryad qoparacaqlar. Arif Alışanovun bu havadarlıq missiyası onun hansı hakimiyyətə rəğbətinin nişanələri deyilmi? Ümumiyyətlə, qapalı adam olan və gizlində müxtəlif cinayətlərdə əli olduğu güman edilən A,Alışanovun keçmişi araşdırılmalıdır. Alışanovun atası Nizam kişinin uzun müddət Nərimanov rayon Xalq Cəbhəsinin fəallarından biri olması da faktdır. Belə bir ailədə böyüyən məmura dövlətin Televiziya və Radiosunu etibar etmək olarmı?! A. Alışanovun AZTV-nin keçmiş sədri, ulu öndərimiz Heydər Əliyevə xəyanət etmiş Elşad Quluyevi ölənədək himayə etməsi də bizdə şübhə doğurur. Alışanovun Ulu Öndərimiz Heydər Əliyevə rəğbət bəsləməməsini , siyasi duyumu, idarəçilik qabiliyyətinin olmamasını sübut etmək üçün onun havadarı, məsləhətçisi və yaxın qohumu olmuş, E.Quluyevin ?Televiziya-iki əsrin ayrıcında? kitabına nəzər salmaq kifayətdir. O, həmin kitabda açıq-aydın Ulu Öndərin rəhbər olduğu 1970-1980-cı illəri korrupsiya, yerlibazlıq, qohumbazlıq, respublika rəhbərliyinin həqiqəti əks etdirməyən qələbə raportları, tənqidin boğulması, rəqəmlərin şişirdilməsi faktlarının baş alıb getdiyi dövr kimi xarakterizə edir. Sədrliyə gələndən sonra A.Alışanov məhz E.Quluyevin məsləhətləri ilə AZTV-ni bu kökə salmışdır. Cənab prezident! A. Alışanov o qədər harınlayıb ki, indi də deputaqlıq sevdasına düşüb. Milli Məclisə seçkilərdə öz namizədliyini 45-ci dairədən (Abşeron r-nu) irəli sürüb.YAP-ın namizədlərinin siyahısı məlum olan kimi Arif bizi yığıb, öz planını açıqladı. Bildirdi ki, Bəylər Eyyubov və Ramiz Mehdiyevin bilavasitə razılığı ilə mən Abşeron rayonundan öz namizədliyimi vermişəm, hətta məni ?səçmək? üçün Oqty Əsədovu həmin dairədən çıxarıblar. Onun dediyinə görə, deputat olmaq üçün bir milyon beş yüz min manat xərci çıxacaq. Açıqca onu da bildirdi ki, AXCP-Müsavat bloku ilə də problemi olmayacaq, çünki ?müxalifətçilərin də ağzına bir şey atacaq?. Əslində isə söhbət Alışanovun müxalifətə maliyyə dəstəyi verməsindən gedir. Hətta bu barədə Alışanovun Xalq Cəbhəsi təşkilatından Fuad Qəhrəmanlı adlı bir şəxslə də danışıqlar aparılmasından xəbərdarıq. O da bizə məlumdur ki, A.Alışanov Abşeron rayonundan deputatlığa namizədliyini verəndən sonra bütün gününü bu rayonun İcra hakimiyyətinin başçısı Zakir Fərəcovla eyş-işrətdə keçirir. Daim onun iqamətgahında olur, yaxın münasibətdə olduqlarına və A.Alışanovun Sumqayıt şəhərində polisdə yüksək vəzifədə işləyən qardaşı ilə kirvə olduqlarına görə tam əminliklə bildirir ki, mən nəyin bahasına olursa-olsun deputat seçiləcəyəm. Artıq indidən hər məntəqə sədrinə 500 manat, üzvlərinə isə 200 manat məzənnə müəyyənləşdirib, dairə seçki komissiyasının sədrini isə 25.000 manatla mükafatlandıracağına söz verib, Z.Fərəcovun isə payı ayrıca olacaq. Hörmətli cənab prezident! Bu müraciəti yazmaqla hakimiyyətin ən qabiliyyətsiz və ən korrupsiyaya uğramış məmuru olan AZTV sədri Arif Alışanovun bəd əməllərinin araşdırılmasına, o cümlədən onun çirkin seçki əməlləri ilə bağlı oyunlarına son qoyulmasına göstəriş verməyinizi Sizdən xahiş edirik. Cənab prezidentə həmişə hörmət və etiramla AZTV-nin bir qrup əməkdaşı.

Digər xəbərlər
SON XƏBƏRLƏR