?Qarabağ? bloku 2010-cu il parlament seçkiləri ilə bağlı bəyanat verdi

img

29-10-2010 [01:32]


?Qarabağ? bloku qarşıdan gələn parlament seçkilərinin Azərbaycan konstitusiyasında nəzərdə tutulmuş qaydada azad, ədalətli və bərabər keçirilməməsindən narahatçılığını bildirir. Blokun mətbuat xidmətindən MİA-ya daxi olan bəyanatından qeyd olunur ki, seçkilərə qatılmış minlərlə Azərbaycan vətəndaşının deputatlığa namizədliyi müxtəlif adlar altında qeydə alınmamış və nəticədə onlar passiv seçki hüququndan məhrum edilmişdir. İmza toplama kompaniyasında imza verən vətəndaşlara və imza toplayan iddiaçılara icra strukturları tərəfindən aşkar təzyiqlər müşahidə edilib. Seçkinin təbliğat mərhələsində də namizədliyi irəli sürülən şəxslərə qeyri bərabər şərait yaradılıb. Bütün bunlar azmış kimi artıq bütün ölkə boyu seçkilərin nəticələrinin saxtalaşdırılması istiqamətində icra strukturları fəallaşıb. Hər bir dairədə konkret bir nəfəri dövlət resursları hesabına seçdirmək və bu mümkün olmadıqda qeyri-qanuni yollarla həmin şəxslərin deputat elan edilməsi ilə bağlı tapşırıqlar verilməsi faktlar daxil olmaqdadır. Qarabağ bloku seçkilərdən öncə Azərbaycan hökumətinin seçkilərə icra strukturlarının qarışmayacağı barədə verdiyi vədləri yerinə yetirməyə, icra strukturlarını dövlət resurslarından istifadə etməklə seçkilərin nəticələrinə təsir etmək cəhdlərinin qarşısını almağa, seçkilərin Azərbaycan qanunlarına və Konstitusiyaya uyğun keçirilməsini təmin etməyə çağırır. Qarabağ bloku beynəlxalq təşkilatları, o cümlədən seçkiləri müşahidə missiyalarını icra strukturlarının seçkilərə qeyri-qanuni müdaxiləsinə və seçkilərin nəticəsinin saxtalaşdırılması istiqamətindəki cəhdlərinə obyektiv qiymət verməyə çağırıb. Qarabağ bloku seçiciləri fəal vətəndaş mövqeyi tutmağa, özlərinin seçki hüquqlarının pozulmasına qarşı barışmaz olmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA