Vüqar Bəyturan Əli Kərimli ilə görüzdü

img

28-10-2010 [05:41]


[b]Vüqar Bəyturan:?Görüşdə AXCP sədrinə namizədliyini mənim xeyrimə götürməsini təklif etdim? [/b] Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan(Vüqar Oruc) 31 sayli Suraxanı ikinci seçki dairəsindən namizədlikləri təsdiq olunan iddiaçıları dəyərləndirərkən, müxalif və narazı elektorata yalnız AXCP sədri Əli Kərimlinin və özünün iddia etdiyini bildirmişdi. Bundan sonra ?Yeni Müsavat? qəzetinin 25 oktyabr tarixli 280(4596) sayında ?Vüqar Bəyturan Əli Kərimlini ən şanslı namizəd sayır? başlıqlı məqalədə güya MQP başqanının AXCP sədrinə güzəştə gedəcəyi və televiziya debatında bu barədə bəyənatla çıxış edəcəyi iddia olunub. Məqalədə yazılanlarla əlaqədar Vüqar Bəyturan xüsusi açıqlama ilə çıxış edib. Açıqlamada deyilir:? Mənim 31-ci dairədən müxalifətin vahid namizədinin müəyyən edilməsi təklifimi ?Yeni Müsavat? qəzetinin digər namizəd olan Əli Kərimlinin təbliğatı üçün istifadə etməsi, eləcə də yazı verilərkən mənim mövqeyimin öyrənilməməsi sözügedən yazının məqsədli xarakter daşıdığının göstəricisidir. Mən yazının müəllifinə təkzib və mövqeyimin işıqlandırılması ilə bağlı müraciət etsəm də, qəzet redaksiyasının bu istəyimi həyata keçirməməsi onu göstərir ki, mənim nüfuzuma qarşı xüsusi məqsədli zərbə vurmaq üçün bu məqalə verilib. Dairədəki ən şanslı namizəd olduğum üçün bu mənə qarşı edilmiş təxribat kimi qiymətləndirirəm. Digər tərəfdən, onu da bəyan edirəm ki, məqalə verilən gün Əli Kərimli mənimlə görüşmək istəyini bildirmiş və Müsavat Partiyasının qərərgahında bu görüş baş tutmuşdur. Görüşdə Əli Kərimli mənim vahid namizəd ideyamı və verdiyim bəyənatı dəstəklədiyini bildirmiş və mənim bu prosesi necə gördüyümlə maraqlanıb. Mən öz şansımı yüksək qiymətləndirdiyimi onun nəzərinə çatdıraraq, AXCP sədrindən namizədliyini mənim xeyrimə götürməsini təklif etdim. Əli Kərimlinin və mənim bu istiqamətdə partiyalarımızda müzakirələr aparacağımız haqqında razılığa gəldik. Elə hesab edirəm ki, AXCP sədri belə addım atmış olsa, Azərbaycan siyasi tarixində müqayisə olunmayacaq əhəmiyyətə malik addım atacaq və yeni səhifənin başlanğıcını qoymuş olacaq? ?Yeni Müsavat? qəzetinin qərəzli yanaşmasına və təxribat xarakteri daşıyan mövqeyinə gəlincə, Vüqar Bəyturan bu aşıqlamanı öz səhifələrində verməzsə, sözügedən qəzeti məhkəməyə verəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA