Əsir və girov azərbaycanlılarla bağlı yeni sayt yaradılır

img

28-10-2010 [01:20]


Jurnalist Araşdırmaları Mərkəzi (JAM) yeni layihənin iclasına başlayib. Mərkəzin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ?Əsir və girov azərbaycanlılara qarşı insanlığa sığmayan davranışlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması? adlı yeni layihəsi 3 ay davam edəcək. Bu barədə layihənin koordinatoru Seymur Verdizadə məlumat verib. Seymur Verdizadə bildirib ki, layihə cərcivəsində Azərbaycan və ingilis dillərində erməni vəhşiliyindən bəhs edən sayt yaradılacaq. ?Əməkdaşlarımız artıq vaxtilə erməni əsirliyində və girovlluğunda olan şəxslərlə görüşlərə başlayıb. Erməni vandalizminin bariz nümünəsi olan xeyli material toplamışıq. İnanırıq ki, saytın fəaliyyətə başlaması beynəlxalq aləmdə ermənilərin ifşasını daha da sürətləndirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR