Xanhüseyn Əliyev Rafael Hüseynovu qanunları pozmaqda ittiham edir

img

27-10-2010 [03:53]


58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürmüş Əliyev Xanhüseyn Gülhüseyn oğlu bu dairədə ona qarşı edilən qanun pozuntularına dair məlumat yayıb. MİA-ya daxil olan məlumatda bildirilir ki, sözügedən məlumatın surəti MSK-nın sədri M.Pənahova, 58 saylı Hacıqabul-Kürdəmir DSK-nın sədri M.Hajıyevə və ATƏT-in Bakı ofisinə göndərilib: 2005-ci ildə məni 58 sayli Haciqabul-Kürdəmir DSK-si tərəfindən qeyri-qanuni olaraq seckilərdən kənarlaşdirdilar. Bu fakt Avropa məhkəməsində araşdirilir. Bunlara səbəb Rafael Hüseynovun deputat təyin edilməsi idi. Artiq 2010-cu il seckilərinə hazirliq və təşviqat aparilir. Yenə də saxtakarliq və qeyri-qanuni əməllər göz qabağindadir. 1.Deputatliğa namizəd R.Hüseynov ilk dəfə DSK-na sentyabr ayının 24-də daxil olub. Rəsmi sənədlərdə qeyd edilir ki, o, artıq sentyabrın 25-də imza vərəqələrini dairəyə təhvil verib. Bu absurddur. Dəqiq məlumatlara görə, namizəd R.Hüseynovun ilkin sənədlərini və seçicilərin imzalarının toplanmasını rayon icra hakimiyyətinin şöbə müdiri Aslan Səmədov təşkil edib. Ancaq 1 günə bunları həll etmək qeyri-mümkündür. Belə çıxır ki, namizədliyinin irəli sürülməsi və digər protokollar saxtalaşdırılıb. 2.Təşviqat kampaniyasına, plakatların hazırlanmasına birbaşa rəhbərliyi rayon İH-də çalışan - ictimai-siyasi şöbənin İmaməddin adlı əməkdaşı rəhbərlik edir. Plakatların yapışdırılmasını isə şəhər icra nümayənjəliyinin Faiq adlı müavini aparır. 3.Namizədliyi irəli sürülmüş Ağaqardaş Əliyev oktyabrın 8-də imza vərəqələrini dairəyə təhvil verib. İşçi qrupunun imza vərəqələrində aşkar etdiyi qüsurlardan sonra, o öz ərizəsi ilə dairəyə müraciət edərək namizədliyini geri götürmüşdü. 13 oktyabr 2010-cu il tarixində DSK-da iclas keçirilmiş və onun namizədlyiinin qeydə alınmaması barədə qərar qəbul edilmişdir. Lakin 14 oktyabrda dairədə heç bir müzakirə olmadan protokollar dəyişdirilmiş və onun namizədlyii qeydə alınmışdır. 2005-ci ildə olduğu kimi, saxtakarlıq baş alıb gedir. Rayon İH-də çalışan əməkdaşların 1 saylı vəzifsi yenə də Rafael Hüseynovu deputat təyin etməkdir. Bu isə 60 mindən çox əhalisi olan Hacıqabulda seçkiyə və hakimiyyətə olan inamın itməsidir. Xahiş edirəm, qeyd edilən faktlar araşdırılsın və onlara hüquqi qiymət verilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA