?AXCP-Müsavat? siyasi partiyalar blokunun rəhbərliyinin görüzü olub

img

27-10-2010 [03:08]


Bu gün ?AXCP-Müsavat? siyasi partiyalar blokunun rəhbərliyinin görüşü olub. Müsavat Partiyasının mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, görüşdə seçki kampaniyasının gedişi,növbəti müddətdə görüləcək işlər və blokun vahid namizədi olmayan dairələrdə digər namizədlərin bloka daxil olan partiyalar tərəfindən müdafiə olunması imkanları müzakirə edilib. Azərbaycan Xalq Cəbhəsi və Musavat partiyalarının üzvü olan və blokun vahid namizədi olmayan daha 4 deputatlığa namizədin - 11 saylı Qaradağ seçki dairəsində Tahir Xanəliyevin, 20 sayli Nərimanov ikinci seçki dairəsində Qubad Bayramovun (İbadoğlu), 72 saylı Yardımlı-Masallı seçki dairəsində Elşad Paşasoyun, 108 saylı Ağstafa seçki dairəsində Başxanım Abbasovanın namizədliklərinin blok tərəfindən müdafiə olunması qərara alınıb. Bloka daxil olan partiyaların təmsil olunmadığı 16 saylı Yasamal ikinci seçki dairəsində Erkin Qədirlinin, 22 saylı Nəsimi ikinci seçki dairəsində Pənah Hüseynin, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsində Rəis Rəsulovun (Rəsulzadə), 45 saylı Abşeron seçki dairəsində Əlövsət Əliyevin, 60 saylı seçki dairəsində Ədalət Yusubovun, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində İsmayıl Yusifovun, 119 saylı Ağdam kənd seçki dairəsində Asif Məmmədovun (Mərzili) namizədliklərinin də blok tərəfindən müdafiə edilməsi qərara alınıb. ?AXCP-Müsavat? siyasi partiyalar bloku öz namizədlərinin qeydə alınmadığı dairələrdə digər namizədlərin müdafiə olunması barədə müraciət və təkliflərin baxılmasına davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA