Jurnalistlərin iddiası təmin edilmədi?

img

26-10-2010 [07:00]


Dunən Xəzər rayon Məhkəməsində ?Yeni Musavat? qəzetinin reportyoru Elmin Bədəlovun və ?Milli Yol? qəzetinin baş redaktor müavini Anar Gəraylının Xəzər rayon Polis İdarəsinə qarşı iddiası üzrə məhkəmə prosesi olub. Məhkəmə iddianı təmin etməyib. Jurnalistlər Xəzər rayon Polis İdarəsini bu il iyulun 28-də Şüvəlan qəsəbəsində peşə fəaliyyətlərini həyata keçirərkən döyülmələri faktı üzrə cinayət işi açmaqdan imtina etməsinə görə məhkəməyə vermişdilər. İddiaçılar məhkəmədən polisin cinayət işi qaldırmaqdan imtina etməsinin qanunsuz sayılmasını və yenidən obyektiv araşdırma aparılması barədə onların üzərinə vəzifə qoyulmasını tələb edirdilər. Xatırladaq ki, Elmin Bədəlov və Anar Gəraylı iyulun 28-də ?Şimal DRES? qəsəbəsində ?varlılar məhəlləsində? yerləşən villaların fotoşəklini çəkərkən amansızca döyülüblər. Əvvəlcə onlara bildirilib ki, bu bağ nəqliyyat naziri Ziya Məmmədovun qohumlarından birinindir. Sonradan bağın sahibi özünü biznesmen Emin Ələsgərov kimi təqdim edib. Hadisə zamanı jurnalistlərin əlindən telefonları alınıb, onlara 3 saat boyunca dəhşətli işgəncə veriblər. Bununla yanaşı, ?Yeni Müsavat? qəzetinə məxsus fotoaparatın kartı sındırılıb. E.Bədəlov və A.Gəraylının bədəninə m?xtəlif dərəcəli xəsarətlər yetirilib. Polis İdarəsi isə məsələ ilə əlaqədar cinayət işi açmayıb

Digər xəbərlər
SON XƏBƏRLƏR