?Milli maraqlar və jurnalistika prinsiplərinin uzlazdırılması formaları? mövzusunda seminar keçirilib

img

26-10-2010 [06:11]


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi ?Milli maraqlar və jurnalistika prinsiplərinin uzlaşdırılması formaları haqqında jurnalistlərin məlumatlandırılması? layihəsi çərçivəsində 26 oktyabr 2010-cu ildə seminar keçirib. Tədbiri giriş sözü ilə açan JuHİ sədri Müşfiq Ələsgərli öncə layihənin həyata keçirilməsini zəruri edən səbəblər barədə məlumat verib: ?Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin fəaliyyəti, jurnalistlərin sərbəst şəkildə informasiya toplaması və yayması üçün mükəmməl qanunvericilik bazası yaradılsa da, jurnalistlərin yaydıqları informasiyayay görə məhkəmələrə cəlb edilmələri kimi hallara hələ də rast gəlinməkdədir. Təhlillər göstərir ki, bu cür halların baş verməsinin başlıca səbəblərindən biri də, jurnalistlərin, informasiya əldə etmək və yaymaq hüququnu bəzi məqamlarda məhdudlaşdıran qanunlardan, həmçinin, kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi barədə qanunvericilik aktlarından yetərincə məlumatlı olmamaları, həssas yanaşma tələb edən mövzularda bəzən ehtiyatsız davranmaları ilə bağlıdır. Digər məqam isə, bu tip mövzularla necə davranmaq barədə beynəlxalq səviyyədə qətiləşmiş standartların olmamasıdır. Milli maraqların, dövlət maraqlarılarının jurnalistika prinsipləri ilə necə uzlaşdırılması mövzusu beynəlxalq jurnalist qurumlarının hələ də müzakirə etdiyi, yekun, qaneedici qərar verə bilmədiyi məsələlərdən biridir. Jurnalistlərin qeyd edilən sahədə ciddi şəkildə maarifləndirilmələrinə ehtiyac var ki, ?Milli maraqlar və jurnalistika prinsiplərinin uzlaşdırılması formaları haqqında jurnalistlərin məlumatlandırılması? layihəsi də məhz bu məqsədə xidmət edir?. Sonra seminara cəlb edilmiş təlimçilər jurnalistlərə qeyd edilən mövzuda problemlərlə rastlaşdıqları zaman necə davranmalı olduqları barədə bilgilər veriblər. Xüsusən bu sahədə beynəlxalq təcrübədə mövcud olan nümunələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR