MSK-nın növbəti iclası keçirilib

img

23-10-2010 [04:45]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Öncə MSK-nın 23 oktyabr 2010-cu il tarixli iclasının protokolu təsdiqlənib. MSK katibi və üzvləri Natiq Məmmədov, Qabil Orucov, Validə Kazımova və Tofiq Həsənli daxil olan şikayətlər barədə məlumat veriblər. Fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin müraciətlərinə də baxılaraq, müvafiq qərarlar qəbul olunub. M.Pənahov deyib ki, oktyabrın 25-dən bülletenlər paylanacaq: ?Proses saat 09:00-dan başlanacaq. Daxili İşlər Nazirliyinə müraciət etmişəm ki, mətbəəyə DSK-lardan gələnlər üçün şərait yaradacaqlar. Yəqin ki, saat 10:00-da birinci partiyanı yola sala biləcəyik. Bu ayın sonuna qədər çap və paylama prosesini yekunlaşdırmağa çalışacağıq?. M.Pənahov beynəlxalq qurumların nümayəndələrini və KİV-i prosesi müşahidə etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA