Aydınlar Partiyası jurnalistlərin aclıq aksiyasına dəstək verir

img

22-10-2010 [04:55]


Aydınlar Partiyası Eynulla Fətullayevə və onun aclıq aksiyasına qoşulmuş jurnalistlərə dəstək bəyanatı verib. MİA-ya daxil olan bəyanatda deyilir: ?Demokratiya, insan haqları kimi dəyərləri ayaqlar altına atan Azərbaycan iqtidarı beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməkdən boyun qaçırır. Azad sözə düşmən kəsilən rejim jurnalistlərə qarşı düşmən siyasətini də davam etdirir. ?Gündəlik Azərbaycan? və Realnıy Azerbaydjan? qəzetlərinin baş redaktoru, saxta ittihamlarla həbsdə saxlanılan Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin jurnalistin dərhal azadlığa buraxılması barədə qərarını yerinə yetirmək istəmir. Böyük Palatada müraciətinə baxan Avropa Məhkəməsi qərarı qüvvədə saxlayıb və baş redaktorun dərhal həbsdən azad edilməsini tələb edib. Azərbaycan hakimiyyətinin qərarı hələ də icra etməməyinə etiraz edən Eynulla Fətullayev aclıq aksiyasına başlayıb. Həmkarları da ona dəstək olaraq aclıq aksiyasına qoşulublar. Aydınlar Partiyası olaraq bu məsələdə jurnalistlərin yanında olduğumuzu bildirir, eyni zamanda Azərbaycan hakimiyyətindən beynəlxalq öhdəlikləri yerinə yetirməyi, Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasının tələb edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR