Yeni analitik jurnal ? ?inteqral? izıq üzü görəcək

img

22-10-2010 [01:23]


Azərbaycan mətbuat məkanında ?İnteqral? yeni dövri mətbu jurnal işıq üzü görəcək. Öz istiqamət və mahiyyətinə görə tamamilə fərqli bir mətbu orqanı olacaq ?İnteqral? tanınmış hüquqşünas, krminalist İlqar Altayın baş redaktorluğu ilə fəaliyyət göstərəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə jurnalın redaktoru Emil Məmmədov məlumat verib. Jurnalın yaxın günlərdə nəşr olunub dövriyyəyə buraxılacağını bildirən redaktor bunları qeyd etdi: ?Jurnalın əsas istiqaməti ölkə daxili və xaricində baş vermiş ictimai-siyasi proseslərin araşdırılması, konfliktlər, kriminal mənşəli hadisələrin, regional münaqişələrin təhqiqatlarıdır. Jurnal beynəlxalq arena üçün də nəzərdə tutulur və burda Azərbaycan, ingilis və rus dillərində də məqalələr yer alacaq. Jurnalın ilk nömrəsində Azərbaycanın xarici və daxili siyasəti, parlament seçkiləri ətrafında müsahibə və rəylər, ?Mavi Mərmərə? gəmisi insndenti ilə bağlı Türkiyə-İsrail konfliktinin təhqiqatı, Qafqazda beynəlxalq güclərin qarşıdurması barədə siyasi araşdırmalar, və s. mövzular əks olunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR