Şərur sakini RATi-nin məlumatını təkzib edir

img

21-10-2010 [03:39]


#601;rur rayon Zeyvə kənd sakininin mənəvi-psixoloji təzyiqlərə məruz qalması haqqında yayılmış informasiyaların həqiqətə uyğun olmadığı bildirilir. ?Şərur rayon Zeyvə kənd sakini Əliyev Qadir Mirzə oğlunun hüquq-mühafizə orqanlarına çağırılaraq mənəvi-psixoloji təzyiqlərə məruz qalması haqqında yayılmış informasiyalar həqiqətə uyğun deyil. Bunu özünü RATİ-nin müxbiri kimi qələmə verən savadsız insanların təxəyülünün məhsulu kimi qiymətləndirmək olar. Seçkiöncəsi özlərinin də etiraf etməyə məcbur olduğu kimi, MR ərazisində heç-bir qanun pozuntusu aşkar edə bilməyən ?müxbirlər?, RATİ-dən pul qoparmaq məqsədilə yalan məlumat vermək məcburiyyətində qalırlar?. Bu fikirlər saytımızın elektron poçtuna məktubla müraciət etmiş Şərur rayonu Zeyvə kənd sakininə məxsusdur. Məktub müəllifi qeyd edir ki, ?müxbirlər? həmsöhbətləri arasında verilən məlumatların kimsə tərəfindən yoxlanılmadığını, seçki öncəsi belə məlumatların RATİ-nin rəhbərliyinə də sərf etdiyini bildirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR