AiDP beynəlxalq təzkilatların seçkilərlə bağlı hesabatından narazı qalıb

img

21-10-2010 [02:17]


Artıq beynəlxalq təşkilatlar Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı indiyə qədər gedən proseslərə yönəlik ilkin hesabtlarını açıqlayıblar. Hesabatda tənqidi məqamlara da yer verilib. Hesabatlara münasibət bildirən AİDP sədri hacı Tahir Abbaslı ATƏT-in və AŞPA-nın aralıq hesabatlarına münasibət bildirərkən sözügedən hesabatları dişsiz sənəd adlandırıb: ?Düzdür bəzi tənqidi məqamlara toxunublar. Amma bu seçki prosesindəki qanunsuzluqlara adekvat deyil. Hesab edirəm ki, bu tənqid hakimiyyət üçün milçək vızıltısı kimi bir şeydir. Zənnimcə sözügedən təşkilatların tənqdi sərt olmalı idi. Bu isə onu göstərir ki, bu təşkilatlar üçün Azərbaycanda seçkilərin demokratik şəraitdə keçirilib-keçirilməməsinin heç bir əhəmiyyəti yoxdur?. AİDP sədri hesab edir ki, aralıq hesabatlar göstərir ki, sözügedən təşkilatlar seçkinin sonunda da hakimiyyətə loyal hesabatlar açıqlayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA