Vüqar Bəyturan Əli Kərimli ilə vahid namizəd məsələsiylə bağlı razılığa gəlmək istəyir

img

21-10-2010 [01:19]


Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan(Vüqar Oruc) 31 sayli Suraxanı ikinci seçki dairəsindən namizədlikləri təsdiq olunan iddiaçıları dəyərləndirərkən, müxalif və narazı elektorata yalnız AXCP sədri Əli Kərimlinin və özünün iddia etdiyini bildirib. MQP mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, partiya sədri deyib ki, digər 11 namizədin əksəriyyəti YAP-ın və regional qruplaşmaların elektoratına hesablanmış mövqe sərgiləyir: ?Müxalifət kimi görünmək istəyən blokların namizədlərindən bəziləri heç YAP namizədlərindən fərqlənmir. Dairədə 4 YAP-çı var ki, bu da bizim- müxalifəti təmsil edən namizədlərin xeyrinədir?. MQP lideri seçkidən öncə müxalifətin bir araya gələ bilməməsinin hakimiyyətə daha çox namizədi seçkidən kənarda saxlamaq imkanı yaratmasına səbəb olduğunu deyib və buna təəsüflənib. Vüqar Bəyturan(Vüqar Oruc) Liberal Partiyanın onunla eyni soyadlı namizədi irəli sürməsinin seçicilərinin seçim vaxtı problemlə üzləşə biləcəyini də qeyd edib və sözügedən qurumu bu problemi aradan qaldırmağa çağırıb. MQP başqanı Əli Kərimliyə müxalifətin dairədə vahid namizəd müəyyən etmək istiqamətində danışıqlara dəvət edib. ?Narazı elektorata mən və Əli Kərimli iddialıdır. Yaxşı olar ki, gerçək müxalifət bu dairədə iki deyil, bir namizədlə iştirak etsin. Bu bizim qələbəmizi daha da asanlaşdırar?-deyən Vüqar Bəyturan(Vüqar Oruc) AXCP sədrinin və Liberalların lideri Lalə Şövkətin onun təkliflərinə müsbət yanaşacağına ümid etdiyini bildirib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA