AMiP-in baz katibi AŞ PA missiyasının üzvləri ilə görüzüb

img

20-10-2010 [04:25]


AMİP-in baş katibi Arzuxan Əlizadə Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini izləyəcək uzunmüddətli missiyasının üzvləri ilə görüşüb. AMİP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə 7 noyabrda keçiriləcək parlament seçkiləri və seçkiqabağı mühit, AMİP-in bu prosesdə iştirakı barədə geniş müzakirə aparılıb. A.Əlizadə missiyanın rəhbəri, belçikalı parlamentar Pol Villenin diqqətinə çatdırıb ki, bu il keçiriləcək parlament seçkiləri çox əhəmiyyətlidir və partiya bu prosesə böyük önəm verərək 70 namizəd irəli sürüb. Lakin müxtəlif təzyiqlərə, eyni zamanda əlverişli seçki mühiti yaradılmadığına görə cəmi 25 namizəd mübarizəyə qatılma imkanı qazanıb. O, təbliğat-təşviqat dövründə xeyli məhdudiyyətlərin qoyulduğunu, ödənişli efir vaxtının qiymətlərinin həddindən artıq yüksək olduğunu və buna görə də namizədlər üçün ciddi problemlər yaşandığını deyib. Pol Ville isə bildirib ki, AŞ PA Azərbaycanda keçiriləcək parlament seçkilərini diqqətdə saxlayır və ümid edir ki, bu seçkilər demokratik, şəffaf, bərabər rəqabət əsasında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA