Tele-aparıcı Saleh Bağırovun maşınına oğru girdi

img

31-05-2018 [12:03]


Bakıda məşhur aparıcının avtomobilindən oğurluq edilib.

Mia.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, Yasamal rayonu A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus "KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edilib və saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

S.Bağırov İTV-nin tanınmış aparıcısıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA