“WhatsApp”-da gözlənilməz xəta - İstifadəçilərə ciddi problem yaranıb

img

28-05-2018 [19:48]


"WhatsApp” istifadəçiləri bloka atılan şəxslərin yenidən ismarıc yazmasına imkan verən xəta aşkarlayıblar. 

Mia.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə istifadəçilər öz "Twitter” səhifələrində yazıblar. 

Bu boşluq nəticəsində daha əvvəl bloka salınan şəxslər həmin istifadəçiyə mesaj göndərə və ya onun statusuna baxa bilərlər. 

Mesenncerdəki bu boşluq həm "iOS”, həm də "Android” əməliyyat sistemləri ilə işləyən telefonlarda müşahidə olunur. 

"WhatsApp”-ın texniki xidməti hələlik bu barədə şikayətlərə reaksiya vermir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA