MSK redaktorun namizədliyini qeydə almaqdan imtina etdi

img

19-10-2010 [01:11]


Mərkəzi Seçki Komissiyası 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən ?İnsan Naminə? blokunun vahid namizədi, Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhmədin Dairə Seçki Komissiyasının qərarından şikayətini təmin etməyərək, DSK-nın qərarını qüvvədə saxlayıb. 120 saylı Seçki Dairəsinin Dairə Seçki Komissiyasının 12 oktyabr 2010-cu il tarixli, 14/38 saylı qərarından şikayət edən Zaur Əhməd Mərkəzi Seçki Komissiyasının qərarından ədalətsiz və əsassız sayır. Bu barədə MİA-ya açıqlama verən Z.Əhməd hesab edir ki, onun namizədliyinin qeydə alınmasını YAP-ın namizədi, indiki deputat Astan Şahverdiyevin yenidən mandat əldə etməsinə mane yaradacağını bilən dairələr onun namizədliyinin qeydə alınmasına mane olublar. Z.Əhməd bildirib ki, hələ namizədliyini irəli sürdüyü ilk gündə rayon rəhbərliyi tərəfindən müxtəlif istiqamətdə təzyiqlər var idi: ?İcra hakimiyyəti səviyyəsində qohumlarıma və nəslimizin ağsaqqal nümayəndələrinə namizədliyimi geri götürməyim üçün sifariş göndəriblər. Bu işə isə icra başçısı Mahmud Quliyev və indiki deputat Astan Şahverdiyev başçılıq edib. Hətta namizədliyimi geri götürməyəcəyim təqdirdə mənə və qohumlarıma problem yaradacaqlarını bildiriblər. Amma geri çəkilmədiyimi görüb saxtakarlıqla DSK səviyyəsində namizədliyimi qeydə almadılar. Təəssüf edirəm ki, MSK da bu saxta qərarı qüvvədə saxladı. Üstəlik MSK da DSK-nın qərarını qüvvədə saxlaması barədə mənə məlumat vermədi?. Z.Əhməd onu da bildirib ki, 5 deputat mandatnı cibində gəzdirən, ancaq Cəbrayıl camaatının sözünü bir dəfə də olsun Milli Məclisdə səsləndirməyən Astan Şahverdiyevin yolu artıq təmizdir: ??Astan Şahverdiyevə Ən ciddi alternativ mən idim. Rayon rəhbərliyi və deputat da seçkidə böyük səs çoxluğu qalib gələcəyimi anladıqları üçün bu yola əl atdılar. Bu seçkidə də Astan Şahverdiyev saxta yolla deputat seçilərsə, bütün beş illik fəaliyyəti böoyu ona müxalif mövqedə dayanıb mübarizəmi aparacağam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA