Xəqani Cəfərov qeydiyyata alınmadı

img

19-10-2010 [12:47]


Mərkəzi Seçki Komissiyası 119 saylı Ağdam kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüş Xəqani Səfər oğlu Cəfərovun Dairə Seçki Komissiyasının qərarından şikayətini təmin etməyərək, DSK-nın qərarını qüvvədə saxlayıb. 119 saylı Ağdam kənd Seçki Dairəsinin Dairə Seçki Komissiyasının 12 oktyabr 2010-cu il tarixli, 15/156 saylı qərarından şikayət edən Xəqani Cəfərov Mərkəzi Seçki Komissiyasının qərarından ədalətsiz və əsassız sayır. Bu barədə MİA-ya açıqlama verən Xəqani Cəfərov hesab edir ki, onun namizədliyinin qeydə alınmasını YAP-ın namizədi Bəxtiyar Sadıqovun yenidən mandat əldə etməsinə mane yaradacığını bilən dairələr onun namizədliyinin qeydə alınmasına mane olublar. Yaranmış vəziyyətlə barışmaq niyyətində olmayan Xəqani Cəfərov 119 saylı Ağdam kənd Seçki Dairəsində seçkilərin saxtalaşdilmasına mane olmaq üçün əlindən gələni edəcəyini, onun namizədliyinin qeydə alınmasına mane olanların qanunsuz əməllərini ifşa edəcəyini bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA