?Qarabağ? blokunun namizədinin seçki qərargahını ofisdən çıxarmaq istəyirlər

img

18-10-2010 [04:00]


?Qarabağ? Seçki Blokunun 10 sayl üçüncü Binəqədi seçki dairəsi üzrə vahid namizədi, Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimlinin seçicilərlə görüşlərə başlaması onun bəzi rəqiblərində ciddi qıcıq doğurub. Namizədin seçki qərargahından MİA-ya verilən məlumata görə, Q.İbrahimlinin Biləcəri qəsəbəsində daimi fəaliiyət göstərən seçki qərargahına gün ərzində axışan seçicilər 20 ildən artıq parlamentdə onların səsinin eşidilməməsindən narazılıqlarını vurğulamış və 7 noyabr seçkilərində Q. İbrahimliyə səs verəcəklərini bəyan etmişlər. Öz növbəsində Q.İbrahimli ?Səsiniz səssizliyi pozacaq? şüarı altında seçicilərlə coxsaylı görüşlər keçirəyəcəyini vurğuladıqdan sonra, ona qarşı təzyiqlər artıb. 18 oktyabr tarixində Q.İbrahimlinin Biləcəri qəsəbəsində yerləşən ofisinin fəaliyyət göstərdiyi binanın sahibi Seçki Qərargahına gələrək, ofisi təcili tərk etmələrini tələb edib. Heç bir müqavilə hüququ tanımayacağıni bəyan edən binanın sahibi, seçki Qərargahının üzvlərini təxribata çəkməyə cəhd göstərsə də, buna nail ola bilməyib. Q.İbrahimlinin Seçki Qərargahına daxil olan məlumata görə, ofisin boşaldılması ilə bağlı binanın sahibinə təzyiqlər Binəqədi rayon Bələdiyyəsi rəhbərliyi və artıq millət vəkili seçilə bilməyəcəyini anlayan namizədlərdən biri tərfəfindən edilib. Q.İbrahimlinin Seçki Qərargahı baş verənlər barədə ölkə ictimaiyyətini və beynəlxalq təşkilatları məlumatlandırıb. Baş verənlarlə bağlı Q.İbrahimli 10 saylı DSK-nın sədrinə də şəxsən məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA