DUi hakimiyyətin seçkilərin nəticələrinin saxtalazdırma niyyətlərini kəskin zəkildə pisləyib

img

18-10-2010 [01:45]


Bu gün Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. MİA-nın xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. DUI Sədrlər Şurası 18 oktyabr ? Müstəqillik Günü Milli Lider Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı qəbrini ziyarət edib. DUI Sədrlər Şurası 72 deputatlığa namizədlərdən 42-sinin Dairə Seçki Komissiyaları tərəfindən qeydiyyata alınmamasını pisləyib, bu addım seçkilərin saxtalaşdırılması üçün ilkin şəraitin yaradılması kimi qiymətləndirib. DUI Sədrlər Şurası qeydiyyata alınan namizədlərə edilən namizədlərə edilən təzyiqlərə etirazını bildirib 11 saylı Qaradağ seçki dairəsindən namizəd Bəybala Əbilə qarşısüni maneələr yaradılması, DSK-nın onun namizədliyinin ləğv edilməsi ilə bağlı Appelyasiya Məhkəməsinə müraciət etməsi onu göstərir ki, hakimiyyət qələbə şansı böyük olan müxalifət namizədlərini seçki gününə qədər zərərsizləşdirmək məqsədi güdür. DUİ SŞ baş verən qanun pozuntularına son qoymağa çağırıb, bu addımların ölkənizin onsuz da bərbad olan imicini daha da korlanmasına səbəb olacağını vurğulayıb. 18 saylı Nərimanov-Nizami Seçki dairəsindən namizəd, Azadlıq Partiyasının sədri Əhməd Orucun MSK-ya Rasim Musabəyovun saxta yollarla qeydiyyata alınması barədə müraciətinə əsasən saxtakarlıq faktının MSK tərəfindən qəbul edilməməsini pisləyən DUİ SŞ MSK-nı obyektiv olmağa və seçkilərdə tərəfsiz funksiyasını yerinə yetirməyə çağırıb. DUI Sədrlər Şurası seçki kampaniyasında namizədlərə qeyri-bərabər şəraitin olmasını, büdcə təşkilatların hakimiyyətin açıq və gizli namizədlərinin təbliğatında istifadə olunması hallarını da qeyd edib və siyasi hakimiyyətin ənənəvi metodlarla seçkilərin nəticələrinin saxtalaşdırma niyyətlərini kəskin şəkildə pisləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA