Fuad Muradovun rəsmi internet saytının təqdimat mərasimi keçirilib

img

18-10-2010 [01:42]


Oktyabrn 18-də ?Trend? İnformasiya Agentliyin konfrans zalında Gənclər Təşkilatı Milli Şurasının (GTMŞ) sədri, millət vəkili Fuad Muradovun http://fmuradov.az rəsmi internet saytının təqdimat mərasimi keçirilib. Tədbirdə F.Muradovun seçki qərargahının rəhbəri Nicat Məmmədli əvvəlcə sayt haqqında umumi məlumat verib. N.Məmmədli bildirib ki, saytda F.Muradovun tərcümeyi ?halı, platforması, Milli Məclisdə, Gənclər Təşkilatları Milli Şurasında, beynəlxalq arenadakı fəaliyyəti haqqında yazılar və fotolar yerləşdirilib. N.Məmmədil bildirib ki, təqribən on gündü sayt fəaliyyət göstərir bu on gün ərzində 800-dən çox oxucu sayta baxıb. Daha sonra millət vəkili, GTMŞ-nın sədri F.Muradov bildirib ki, saytda rənglər onun seçki kampaniyasına uyğun seçilib. Deputatlığa namizəd deyib ki, deputatlar arasında belə bir saytı ilk dəfə o, yaradıb. Millət vəkili həmçinin jurnalistlərin suallarını da cavablandırıb. F.Muradov bildirib ki, builki seçki çox akiv şəkildə keçirilir, bunun başlıca səbəbini internet-onlayın qəzetlərin sürətli işləməsində görür. Daha sonra özünün 5 illik Milli Məclis fəaliyyətindən danışan F.Muradov bildirib ki, 5 il ərzində fərdi olaraq 2 min 500 seçicini qəbul edib. ?Öz dairəmdə elə bir məhəllə, elə bir həyət yoxdu ki, mən orda olmuyım?. Millət vəkili deputatlığa namizədliyini yenidən 29 saylı Səbail seçki dairəsində irəli sürdüyünu bildirib. F.Muradov onu da bildirib ki, təbliğat-təşviqat kampaniyasına başlanandan indiyə kimi bir neçə görüşləri olub, hər bir görüşündə 150-dən çox seçici iştrak edib. ?Bu gün də seçicilərimlə 4 görüşüm var, mənim üçün çox sevindirici bir haldı ki, seçicilərimlə görüşən zaman demirlər ki, ?biz bu deputatı tanımırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR