?65 il Sizin xidmətinizdə? adlı maarifləndirici həftəliyə start verilib

img

18-10-2010 [11:27]


24 oktyabr dünyada BMT Günü kimi qeyd edilir. Bu münasibətlə Gənclər üçün Təhsil Mərkəzi ?65 il Sizin xidmətinizdə? adlı maarifləndirici həftəliyin keçirilməsinə start verib. 18-24 oktyabr tarixində keçiriləcək həftəliyin əsas məqsədi dünyada sülhün və təhlükəsizliyin qorunmasına çalışan, insanların sosial rifahının inkişafına xidmət edən Birləşmiş Millətlər Təşkilatı və onun fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Mərkəz həftəlik çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Füzulidə gənclər üçün maarifləndirici aksiyalar təşkil edəcək, ictimaiyyət nümayəndələrini 65 yaşlı BMT və onun fəaliyyəti haqqında məlumatlandıracaqlar. Həftəlik Mərkəzin qeyd edilən regionlardakı nümayəndəlikləri vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, Mərkəz BMT-nin rəsmən elan etdiyi günləri hər il ölkəmizdə təşviq edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR