?Qarabağ? Blokunun 31 namizədi qeydə alınıb

img

18-10-2010 [11:15]


Qarabağ Bloku tərəfindən irəli sürülən namizədlərdən buğünə kimi 31 nəfəri qeydə alınıb. Blokun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, qeydə alınanlardan 15 nəfəri Ümid Partiyasının, 12 nəfəri ADP, 4 nəfəri isə Aydınlar Partiyasının üzvüdür. Qeydə alınan namizədlərdən 68 saylı Cəlilabad kənd seçki dairəsindən namizədliyi irəli sürülən Ümid Partiyası Ali Məclisinin üzvü Habil Qasımov və 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülən Ümid Partiyası Gəncə Şəhər Şöbəsinin sədri Salman İmanlının namizədliyi MSK tərəfindən qeydə alınıb. Qarabağ Blokunun DSK-ların qanunsuz qərarlarından MSK-ya etdiyi şikayətlərdən 13-ü təmin olunmayaraq MSK DSK-ların ədalətsiz qərarını qüvvəsində saxlayıb. 9 Şikayətə baxılması isə gözlənilir. Qarabağ Bloku MSK-nın təmin etmədiyi şikayətlərlə bağlı qərarlardan artıq Appelyasiya Məhkəmasinə şikayət verir. Onlardan ikisinə Appelyasiya Məhkəmasində sabah baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA