ADP-çi namizəd və səlahiyyətli nümayənd polis tərəfindən zərləndi

img

16-10-2010 [08:33]


Seçki prosesinə qoşulan müxalifət nümayəndələrinə qarşı təzyiqlər davam edir. Bu gün saat 18 radələrində ADP-nin iki gənc fəalı ?Qarabağ Bloku?nun 14 saylı Xəzər ikinci seçki dairəsindən namizədi olmuş və namizədliyi qeydə almaqdandən imtina edilmiş Hüseynov Kamal və ?Qarabağ Bloku?nun səlahiyyətli nümayəndəsi Hüseynov Orxan MSK-ya ADP adından məktub təqdim edib çıxan zaman heç bir əsas olmadan tində dayanmış Yol-Patrul Xidmətinin 10 YP 395 dövlət nişanlı maşında 1188 və 1189 saylı döş nişanı olan polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə MİA-ya ADP mətbuat xidmətindən məlumat daxil olub. Verilən məlumata görə, polis əməkdaşları onlara böhtan ataraq guya qayda pozuntusu etdiklərini deyərək şər atııb. Polislər onları hədələmiş, K.Hüseynovdan sürücülük vəsiqəsini alaraq saxta ittihamla protokol tərtib edib. ADP-çilər faktla bağlı Binəqədi rayon YPX İdarəsinə şikayət ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA