Ana Vətən Partiyası parlament seçkilərinin demokratik keçəcəyini bildirir

img

16-10-2010 [02:18]


?Artıq 07 noyabr 2010-cu ildə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin ilkin mərhələsi başa çatıb. Rayon və şəhər seçki qərargahlarının, namizədlərimizin, səlahiyyətli nümayəndələrimizin və çoxsaylı müşahidəçilərimizin verdikləri məlumatları əsas tutaraq Ana Vətən Partiyası bəyan edir ki, seçkinin birinci mərhələsi Azərbaycan Respublikası Seçki Məcəlləsinə və Beynəlxalq standartlara tam uyğun keçmiş, seçkilərdə iştirak etmək istəyənlər üçün bərabər imkanlar və şərait yaradılıb. Seçkilərə çoxsaylı bitərəf namizədlərin və 30-dan çox partiyanın qatılması bunun bir daha sübut edir?. MİA-nın xəbərinə görə, bu fikirlər Anna Vətən Partiyasının yaydığı bəyanatda yer alıb. Bəyanatda qeyd olunur ki, Ana Vətən Partiyası Ali Məclisinin 07 sentyabr 2010-cu il tarixli qərarı ilə 18 nəfərin namizədliyi irəli sürülüb. Seçkilərin ilkin mərhələsinin yekunlarına görə, partiyanını 8 namizədi qeydə alınıb, bir nəfər cərahiyyə əməliyyatı olunduğu üçün seçkilərdə iştirak etməmiş, 9 nəfər isə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin lehinə seçkilərdə iştirak etməkdən imtina etiblər. Ana Vətən Partiyası əmindir ki, seçkinin sonrakı mərhələlərində də demokratik şərait hökm sürəcək, seçkilər beynəlxalq norma və prinsiplərə uyğun, Seçki Məcəlləsinin tələblərinə əməl olunmaqla azad və ədalətli şəkildə keçiriləcək, seçkinin nəticələri xalqımızın siyasi iradəsini əks etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA