?insan Naminə? bloku namizədlərinin zikayətlərinə obyektiv baxılmasını tələb edir

img

15-10-2010 [05:35]


07 noyabr 2010-cu il tarixinə təyin edilmiş Milli Məclisə seçkilərin namizədliyi irəli sürülmüş şəxslərin qeydə alınması mərhələsi də ciddi qanun pozuntuları və yerli hakimiyyət strukturları ilə hüquq-mühafizə orqanlarının seçki prosesinə yolverilməz müdaxilələri şəraitində yekunlaşıb. Qeyd olunan səbəblər üzündən müxalifətdə olan partiya və siyasi partiyalar blokunun irəli sürdüyü namizədlərin əksəriyyətinin qeydə alınmasına imkan verilməmiş, bununla da Milli Məclisə seçilmək imkanı yetərincə yüksək olan müxalif düşüncəli çox sayda tanınmış şəxslərin hüquqları kobud surətdə pozulub. Hakimiyyətin 07 noyabr seçkilərini yenə də bolşevik metodları ilə keçirmək qərarı nəticəsində ?İnsan Naminə? siyasi partiyalar blokunun irəli sürdüyü onlarla namizədin qeydə alınmasından əsassız olaraq imtina edilib. Məlumat üçün qeyd edirik ki, blok seçki prosesinin başlanğıcında 83 nəfərin namizədliyini irəli sürmüşdür. Lakin inzibati orqanların və seçki komissiyalarının seçki qanunvericiliyinin tələblərinə məhəl qoymamaları səbəbindən blokun irəli sürdüyü namizədlərdən 2-sinin seçkilərdə iştirakının qarşısı alındı. Eyni zamanda, blokun əksər namizədləri, onların yaxın adamları və həmin namizədlərin lehinə imza vermiş xeyli seçici yerli icra hakimiyyəti və polis orqanlarının təzyiqlərinə məruz qalaraq, təhdid olunublar. Bütün bu təzyiqlərə baxmayaraq, ?İnsan Naminə? siyasi partiyalar blokunun irəli sürdüyü namizədlər tələb olunan sayda seçici imzalarını toplayıb müvafiq dairə seçki komissiyalarına təqdim edə biliblər. Bununla belə, bir çox DSK-lar qeyri-qanuni əsaslarla blokun irəli sürdüyü namizədlərin qeydiyyatından imtina haqqında qərarlar çıxarıblar. Nəticədə bu gün olan məlumata görə, ?İnsan Naminə? siyasi partiyalar blokunun cəmi 19 (onlardan 10-u Vətəndaş və İnkiıaf Partiyasının (VİP), 6-sı Azərbaycan Liberal Partiyasının (ALP) üzvü, 3-ü isə bitərəfdir) namizədi qeydə alınıb. Hətta blokun təsisçilərindən biri olan Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın da qeydiyyatından imtina olunub. Ə.Temirxan 23 saylı Dairə Seçki Komissiyasının haqqında çıxardığı qəraın ləğv olunması üçün artıq Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib. Ümumilikdə, qeydiyyatından imtina olunmuş blokun 20-yə qədər namizədi DSK-ların qərarlarından MSK şikayət edib və hüquqlarının bərpası uğrunda mübarizə aparmaq əzmindədir. MSK bu günə qədər blokun namizədlərindən yalnız 1-nin şikayətini təmin edib və qeydə alınmasına dair qərar qəbul edib. ?İnsan Naminə? siyasi partiyalar bloku hakimiyyətdən parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün zəruri addımlar atmağı və namizədlərinin şikayətlərinə obyektiv baxılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA