Qarabağ ictimai Forumunun apardığı sorğunun nəticələri cəmiyyətə təqdim olundu

img

15-10-2010 [05:01]


Bu gün ?Park İnn? otelində Qarabağ İctimai Forumu (QİF) tərəfindən vətəndaş cəmiyyəti institutlarının Qarabağ məsələsi ilə bağlı apardığı təbliğat işinə münasibəti öyrənmək üçün QHT, KİV və ictimaiyyət arasında bu ilin iyul- sentyabr aylarında aparılan sorğunun nəticələri media mənsublarına təqdim olunub. QİF-in informasiya departamentindən verilən məlumata görə, təhlil edilən sorğunun ilkin nəticələrinə tanınmış sosioloq Əhməd Qəşəmoğlu və işçi qrupu tərəfindən verilmiş rəy və nəticələri əvvəlcə QİF-in İdarə Heyyətində təsdiq edilmişdir. Qarabağ İctimai Forumunun sədri Umud Rəhimoğlu min nəfərə yaxın respondent arasında aparılan sorğunun nəticələri barədə təqdimat mərasiminə toplaşanlara ətraflı məlumat verdi. Verilən məlumata əsasən bəlli oldu ki, rəyi öyrənilən respondentlərin böyük əksəriyyətini Qarabağ problemi ilə bağlı aparılan təbliğat işi qane etmir. U.Rəhimoğlu daha sonra tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Qarabağ probleminin həlli istiqamətində görülən təbliğat işlərində fəallıq göstərən qurumlar sırasında isə respondentlər daha çox Heydər Əliyev Fondunun, onun prezidenti, millət vəkili xanım Mehriban Əliyevanın adını çəkib. İkinci və üçüncü yerlərdə isə Dünya Azərbaycanlıları Konqresi və Qarabağ Azadlıq Təşkilatı qərarlaşıb. Respondentlər bunlarla yanaşı bir sıra qurumların, eləcə də ayrı-ayrı nüfuzlu ziyalıların adlarını qeyd ediblər. Tədbirdə ekspert Əhməd Qəşəmoğlu çıxış edərək Qarabağ problemi ilə bağlı sorğunun aparılmasını Azərbaycanın taleyüklü bu məsələsində böyük önəm kəsb etdiyini və sorğunun nəticələrinə əsalanaraq yeni fəaliyyət planı hazırlamağın zəruriliyini vurğuladı. QİF-in üzvü, millət vəkili Cəmil Həsənli Qarabağ probleminin həlli yollarında aparılan təbliğat işlərində ictimaiyyətin fikrini, mövqeyini öyrənmək və cəmiyyəti bu problem ətrafında daim hərəkətə gətirmək üçün bu cür sorğuların əhəmiyyətindən danışdı. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı öz çıxışçında bildirdi ki, Qarabağ problemi ilə bağlı aparılan təbliğat işinin sorğu zamanı rəyi soruşulanları qane etməməsi və problemin həllində dövlətin daha çox məsuliyyət daşımasını qeyd etməsi əslində yaxşı haldır və bu o deməkdir xalq Qarabağ probleminin həlli ilə bağlı narahatdır. Qeyd edək ki, QİF 24 iyun 2010-cu ildə ölkənin aparıcı QHT-lərinin rəhbərləri, tanınmış ziyalılar və millət vəkilləri tərəfindən təsis olunmuş, Forumun əsasnaməsi qəbul edilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR