?Mənim Qarabağım? adlı foto sərgi keçiriləcək

img

15-10-2010 [04:58]


#601;ftə ABŞ-da fəaliyyət göstərən ?Qarabağ? Fondu Vaşinqton şəhərində növbəti tədbirini keçirəcək. 17-18 Oktyabr tarixlərində Fond Vaşinqton şəhərinin ən nüfüzlu sərgi salonu sayılan Gallery Centerdə ?Mənim Qarabağım? adlı foto sərgi keçirəcək. Sərgidə Qarabağın işğalından öncə müxtəlif fotoqraflar tərəfindən çəkilmiş 100-ə yaxın fotoşəkillər sərgilənəcək. Daha sonra eyni sərgi digər mötəbər sərgi salonu sayılan Honfleur Galleridə Oktyabr ayının 30-a kimi keçirəcəkdir. Bu sərgilərə Vaşinqtonda şəhərinin tanınmış sənətşünasları, incəsənət xadimləri, siyasətçilər, Azərbaycan və Türk icmasının nümayəndələri dəvət olunublar. Xatırladaq ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri hökümət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Digər xəbərlər
SON XƏBƏRLƏR