Bahar Muradova: "Beynəlxalq təzkilatlar Ermənistanın təcavüzünə son qoyulması üçün səylərini artırmalıdırlar"

img

15-10-2010 [04:33]


Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova oktyabrın 15-də ölkəmizdə səfərdə olan ATƏT PA sədrinin müavini, qurumun seçkiqabağı müşahidə missiyasının rəhbəri Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan ilə ATƏT PA arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan B.Muradova deyib ki, Azərbaycan dövləti iqtisadi inkişafla yanaşı, demokratiyanın möhkəmlənməsinə də xüsusi önəm verir. Bu baxımdan qarşıdakı parlament seçkilərinin azad, ədalətli, şəffaf keçirilməsinə böyük diqqət yetirilir. Noyabrın 7-də keçiriləcək parlament seçkilərinə namizədlərin qeydə alınması başa çatmış, təbliğat-təşviqat kampaniyasına başlanılmışdır. Lakin, Ermənistanın torpaqlarımızın 20 faizindən çoxunu işğal etməsi səbəbindən seçkilərin Azərbaycanın bütün ərazilərində keçirilməsini təmin edə bilmirik. Bunun səbəbi Ermənistanın təcavüzkar siyasəti və Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, onun ətrafındakı 7 rayonu işğal altına saxlamasıdır. Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzünə son qoyulması üçün səylərini artırmalıdırlar. Görüşdə ATƏT PA sədrinin müavini, müşahidə missiyasının rəhbəri Volfqanq Qrossruk göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, Azərbaycanın ATƏT-lə əlaqələrindən danışmışdır. Qonaq demişdir ki, Azərbaycan çox böyük sürətlə inkişaf edir. Bakı günbəgün gözəlləşir, insanların həyat şəraiti yaxşılaşır. ATƏT PA-nın sədr müavini qarşıdakı parlament seçkiləri ilə əlaqədar fikirlərini bölüşmüş, noyabrın 7-də ölkəmizdə azad və ədalətli seçkilərin keçiriləcəyinə ümidvar olduğunu bildiribşdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA