Milli Məclisdə ?Elm siyasəti haqqında? qanun layihəsi müzakirə olunacaq

img

15-10-2010 [01:52]


Milli Məclisin payız sessiyası çərçivəsində ?Elm siyasəti haqqında? qanun layihəsinin müzakirə olunması nəzərdə tutulur. Bu barədə parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib. Ş.Hacıyev bildirib ki, qanun layihəsində elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması mexanizmi, elmi işçilərin hüquq və vəzifələri, elmin idarə olunması və koordinasiya edilməsi sistemi, elmin maliyyələşdirilməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması, elmi məktəblərin yaradılması və s. bu kimi məsələlər təsbit edilib. Onun sözlərinə görə, elmin nəticəliliyinin yüksəldilməsi, Azərbaycan elminin dünya elmindəki çəkisinin artırılması və elmi yeniliklərin praktikada tətbiqinin genişləndirilməsi sözügedən qanun layihəsinin ən ümdə keyfiyyətləri kimi qeyd oluna bilər. ?Əsas məqsədi Azərbaycan elminin inkişafını sürətləndirmək olan ?Elm haqqında? qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına və elmi fəaliyyətlə bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin təmin olunmasına xidmət edəcək?- deyə komitə sədri qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA