05-05-2018 [10:27]
Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlini və saytın baş direktoru Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib, onları həbs etdirməyə çalışır.
Bu barədə jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.
Vəkilin sözlərinə görə, xüsusi ittihamçı AR DGK-nin sabiq sədri Aydın Əliyev 16 yanvar 2018-ci il tarixdə şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun barələrində AR CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmaları üçün hökm çıxarılmasını xahiş etmişdir. Aydın Əliyev şikayət ərizəsini bununla əsaslandırmışdır: ""Azxəbər.con saytında Gürcüstan Respublikasında həbs edilən "DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş - Təfərruat" başlıqlı məqaləsində məni ağır cinayət etməkdə iştirakçılıqda ittiham edərək, mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq mənə böhtan atmışlar”.
Vəkil deyib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi icraata götürülüb və jurnalistlər təqsirləndirilən şəxs qismində cəlb olunub: "Cinayət işinin uzadılmasına nail olduq, xoşbəxçilikdən Aydın Əliyev vəzifəsindən kənarlaşdırıldı. Buna baxmayaraq, sabiq komitə sədri Aydın Əliyev portalın baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun həbs olunmalarına çalışır. Bu gün, Binəqədi Rayon Məhkəməsinin hakimi Vuqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında tam aşkar görünürdü. Hakimin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.
Saytın baş redaktoru Hacıbəy Heydərli isə məsələ haqda sosial şəbəkədə yazıb: "Dövlət Gömrük Komitəsinin sabiq rəisi, cənab Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün öncə işdən çıxarılan Aydın Əliyev məni və Efseleddin Agalarovu CM-nın 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib və bu proses artıq 5 aya yaxındır ki, davam edir. Ölkəmiz və dövlətimiz üçün önəmli olan Prezident seçkilərini nəzərə alaraq məsələni ictimailəşdirməmişdik. Bu ərəfədə DGK-nın sabiq rəisinə dəfələrlə barışıq təklifi və mövqeyini işıqlandırmağı təklif etsək də, o bundan imtina etmiş və bizim cəzalanmağımızı tələb etmişdi. Bəhs olunan yazıda Gürcüstanda həbs edilən DGK polkovniki Rəhim Həsənovun Aydın Əliyevin yaxın adamı olması qeyd olunurdu. Qeyd edim ki, adıçəkilən şəxsin Gürcüstanda psixoterapik maddələrlə saxlanılması xəbəri başqa bir sayta istinadən yayımlanıb, biz isə onun əməllərindən sədrin məlumatlı olduğunu yazmışıq. Bu gün də həmin dərmanların və maddələrin ölkəmizə gətirilməsi ciddi şəkildə araşdırılır və bunu edənlər cəzasını alır. Çox şükürlər olsun ki, Prezidentimiz də Aydın Əliyevin fəaliyyətinə siyasi qiymət verdi və o işindən ayrıldı. Ancaq maraqlıdır ki, eks komitə sədri hələ də məhkəmə iddiasında israrlıdır və özünün səhvsiz olduğunu düşünür. Görünən odur ki, işdəki nöqsanlarının mətbuatda işıqlandırılması və onun fəaliyyətinə siyasi qiymətin verilməsini keçmiş sədr qəbul edə bilmir. Ümid edirəm ki, Binəqədi rayon məhkəməsi məsələyə ədalətli yanaşacaq və ölkəmizdə mövcud olan söz və mətbuat azadlığına hansısa keçmiş məmurun istəyi ilə kölgə salmayacaq. Bu məsələdə hər birinizin dəstəyinə görə öncədən təşəkkür edirəm".
Əfsələddin Ağalarov isə bu haqda açıqlamasında bildirib: Dekabr ayından etibatən Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev mənə və portalımızın təsisçisi Hacıbəy Heydərliyə qarşı CM 147.2 (böhtan) maddəsi ilə iddia qaldıraraq Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Keçmiş komitə sədrini qəzəbləndirən səbəb isə DGK-da baş verən neqativ halların tərəfimizdən işıqlandırılması olub. Dəfələrlə tərəfimizdən qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirsək də, Aydın müəllimin qəzəbi dinmək bilmir. Bu müddət ərzində qarşı tərəfə barışıq təklif edilsə də, DGK sədri bu təklifləri rədd etdi. Və bu prosseslər davam edərkən ölkədə söz və mətbuat azadlığının qarantı olan, jurnalistlərin dostu, azad media mühitini formalaşdıran cənab prezident İlham Əliyev Aydın Əliyevi postundan azad etdi. Buna baxmayaraq, keçmiş komitə sədrinin mətbuata qarşı bəslədiyi münasibətdə heç bir dəyişiklik müşahidə olunmur. Bu gün Binəqədi rayon məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Aydın Əliyevin vəkili onun adından çıxış edərək bizim həbs edilməyimizi məhkəmədən istəyib. Təbii ki, bu iddia sadəcə bir şəxsin mövqeyidir. Məhkəmə prosesi hələ də davam etməkdədir. İnanırıq ki, media azadlığının mövcud olduğu bir mühitdə sözügedən hadisəyə hüquqi qiymət veriləcək və iddia ləğv ediləcək. Bu günlər ərzində yanımızda olan həmkarlara təşəkkür edir və prosses ərzində jurnalist təşkilatlarını, Mətbuat Şurasının bizə dəstək olmağa çağırırıq"
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"