iqtisadçı Vüqar Bayramova qarzı seçki prosesində qanunsuzluq edilib

img

11-10-2010 [01:32]


83 saylı Ağcabədi-Füzuli seçki dairəsi tanınmış iqtisadçı alim Vüqar Bayramovun namizədliyini qeydiyyata almayıb. V.Bayramovun seçki qərargahından verilən məlumata görə, DSK-nın qərarında təqdim olunan imzaların 425-nin etibarlı olması, namizədliyin qeydiyyata alınması üçün 25 etibarlı imzanın çatmaması qeyd olunub. Dairə Seçki Komissiyası həmçinin bəzi imzaların oxşar olduğunu iddia edib. Halbuki, namizədin seçki qərargahı həmin imzaların V.Bayramovun qohumlarına aid olduğunu bildirir. Qərargahdan qeyd edilir ki, V.Bayramovun namizədliyinin qeydə alınmaması qanun pozuntusudur və bu heç də imzaların saxta olması ilə bağlı deyil: ?Çünki imzaların yığılması prosesinə Vüqar Bayramovun özü birbaşa nəzarət edib. İmzalar yığılan zaman bir nəfərin digərinin əvəzinə imza atması faktına yol verilməyib.Dairə seçki komissiyasından etiraf edirlər ki, iqtisadçı-ekspertin namizədliyinin qeydiyyata alınmaması birbaşa həmin dairədən onun ən şanslı namizəd olması ilə bağlıdır. Hətta imzalar dairə seçki komissiyasına təqdim olunan vaxda belə Vuqar Bayramovun namizədliyinin qeydiyyata alınmayacağı hiss edilirdi. Belə ki, komissiyadan iqtisadçı-ekspertin namizədliyinin təsdiq edilməyəcəyi bildirilmişdi?. Qərargahdan verilən məlumata görə, V.Bayramovun namizədliyinin qeydə alınmaması subyektiv və sifariş xarakterlidir: ?425 imzanın etibarlı sayılması barədə standart rəqəmin açıqlanması da bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu göstərir?. O da deyilir ki, imzaların yoxlanması prosesinə Vüqar Bayramov dəvət edilməyib. Halbuki, Seçki Məcəlləsinin 59.3-cü maddəsində göstərilir ki, imza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyasında namizədlər, onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər: ?Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. lakin qanunvericiliyin bu tələbinə nəinki əməl edilməyib, hətta bu barədə Vuqar Bayramovun öz təşəbbüsü ilə etdiyi müraciətə əhəmiyyət verilməyib?. Məlum olur ki, imzaların düzgünlüyünün yoxlanılmasının nəticəsi barədə cədvəlin surəti Vüqar Bayramova təqdim edilməyib: ?Seçki Məcəlləsinin 59.13-cü maddəsinə görə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilməlidir. Eyni zamanda imzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir. Lakin işçi qrupu və seçki komissiyası tərəfindən Seçki Məcəlləsinin bu tələbinə də əməl edilməyib. Başqa tərəfdən 125 sayda imza üzrə imzaların imza verən tərəfindən qoyulmamsı qısa zaman ərzində necə və hansı metodla müəyyən edildiyi də hüquqa və məntiqə söykənmir. Həmin imzalar imza verən şəxslərdən izahatların alınması yolu ilə də yoxlanılmayıb. Əgər həmin şəxslərdən izahat alınsa idi, onlar imzaların özləri tərəfindən qoyulduğunu təsdiqləyərdilər?. Beləliklə, bütün bunlar göstərir ki, 83 saylı Ağcabədi-Füzuli dairə seçki komissiyasının Vüqar Bayramovun deputatlığa namizəd kimi qeydə alınmasından imtina etməsi barədə qərarı qanunsuzdur. Onu da bildirək ki, V. Bayramovun seçki qərargahı 83 saylı Ağcabədi-Füzuli dairə seçki komissiyasının qərardından MSK-ya şikayət etməyə hazırlaşır. İqtisadçı-ekspert eyni zamanda baş verən qanun pozuntusu ilə bağlı dövlət başçısına müraciət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA