?AXCP?Müsavat? siyasi partiyalar bloku icra hakimiyyəti və hüquq mühafizə orqanlarının seçkilərə qanunsuz müdaxilələrindən zikayətçidir

img

10-10-2010 [05:29]


AXCP?Müsavat? siyasi partiyalar blokundan MİA-ya verilən məlumara görə, icra hakimiyyəti və hüquq mühafizə orqanlarının seçkilərə qanunsuz müdaxilələri davam edir. İmzatoplama kampaniyasını yekunlaşdırıb sənədlərini dairə seçki komissiyalarına təqdim edən namizdələrin qeydə alınmaması üçün İcra Hakimiyyəti və hüquq-mühafizə orqanları seçki sənədlərinin gizliyiyi prinsipini pozur, eyni zamanda qanunun müəyyən etdiyi səlahiyyətləri aşaraq seçki prosesinə kobud müdaxilə edirlər. İcra və polis orqanları DSK-dan ?AXCP-Müsavat? siyasi partiyalar blokunun lehinə imza verən vətəndaşların adını, ünvanını götürərək həmin seçicilərə təzyiq göstərir, onlardan imzaları geri götürməyi tələb edir, əks halda özlərinin, yaxınlarının işdən çıxarılacağı ilə hədələnirlər. Namizədlərin bu haqda DSK-lara şikayət ərizələri ilə müraciətlərinə baxmayaraq, əksər hallarda onların ərizələri qanunsuz olaraq qəbul edilmir. 47 saylı Mingəçevir seçki dairəsində blokun namizədi Nəriman Yəhyayevin qeydə alınması üçün imza verənləri işdən qovacaqları ilə hədələyirlər. Ü.Hacıbəyov adına 1 saylı məktəbin direktoru Cəlal İsmayılov tabeliyində olan işçiləri verdikləri imzalardan imtina etməyə təhrik edir. Belə hallar dairənin bütün əraizisində qeydə alınıb. 73 saylı Lənkəran şəhər seçki dairəsində blokun vahid namizədi Lənkəran Dövlət Universitetinin müəllimi Yadigar Sadıqov 26 avqust 2010-cu il tarixdə növbəti əmək məzuniyyətinə getmiş, qayıtdıqdan sonra isə 05 oktyabr 2010-cu ildə ona əmək müqaviləsinin xitam olunması barədə əmrin surətini vermişlər və işdən olunduğunu bəyan etmişlər. 82 saylı Ağcabədi və 83 saylı Ağcabədi-Füzuli seçki dairələrində blokun namizədləri Rəşid Nəcəfliyə və Arif Hacıyevə, eyni zamanda, onların səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyaları tərəfindən yazılı və ya şifahi cavab verilməməsinə baxmayaraq, MSK-nın rəsmi internet saytında onların namizədliklərinin qeydə alınmaqdan imtina barədə məlumat yerləşdirilib. 93 saylı Bərdə şəhər seçki dairəsində Divanlı kənd icra nümayəndəsi imza verənlərə təzyiqlər göstərərək, onları blokun namizədi Namət Əliyevin qeydə alınması üçün verdikləri imzalardan imtina etməyə təhrik edib. 97 saylı Göranboy-Ağdam-Tərtər seçki dairəsində namizəd Qələndər Aslanova onun namizədliyini qeydiyyatdan imtina barədə qərar verilsə də, imzaların yoxlanması barədə protokolu hələ də ala bilməyib, hansı ki, qanuna görə qərardan ən azı 24 saat əvvəldən təqdim edilməliydi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA