Avtosfer.az 4 yaşını qeyd edir

img

01-05-2018 [15:20]


Bu gün Avtosfer.az portalının 4 yaşı tamam olur. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Jurnalistika və İnkişaf Mərkəzi» İB tərəfindən həyata keçirilən «Peşəkar sürücü; hüquq və vəzifələr» adlı layihə çərçivəsində 2014-cü ildə yaradılan portal qısa zaman ərzində özünə geniş oxucu kütləsi toplaya bilir.

Oxucular avtomobillər haqqında yeniliklər, yol hərəkəti qaydaları haqqında maarifləndimə məlumatlarını, o cümlədən maraqlı videoları portaldan izləyə bilirlər. Qayda pozan sürücülər, yol polisləri AvtosferTV-nin kameralarından yayınmır. Dəfələrlə portalda qayda pozan şəxslərin yaynmlanmış videoları öz nəticəsini verib.

Oxucularla interaktiv şəkildə işləyən portal "Suallara cavab” bölməsi ilə ünvanlanan suallara peşəkar ekspertlərin cavablarını təqdim edir.

Avtosfer.az-ın kollektivi hər zaman sürücülərə, piyadalara qaydaları pozmamağı tövsiyə edən maarifləndirici məlumatlar tədqdim edir.


Modern.az həmkarlara uğurlar arzulayır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA