?insan Naminə? blokunun namizədi MSK-ya zikayət edib

img

09-10-2010 [01:31]


?İnsan Naminə?siyasi partiyalarl bloku tərəfindən 30 saylı Suraxanı birinci secki dairəsindən Azərbaycan Respublikası Milli Məclisə deputatlıga namizəd Kərimova Sevinc İbrahim qızı Mərkəzi Seçki Komissiyasına şikayət ərizəsi ilə müraciət edib. MİA-ya daxil olan ərizədə qeyd olunur: Azərbaycan Respublikası Seçki Məcləsinin 112-ci maddəsini və MSK-in 23 iyul 2010-cu il tarixli 15/58-6 saylı qərarı ilə qəbul edilmiş Təlimatı rəhbər tutaraq sizə bildirirəm ki, 30 saylı Suraxanı birinci seçki dairəsinin Dairə Seçki Komissiyasıın 07 oktyabr 2010-cu il tarixli 49/06 saylı Qərarı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 58. 2, 59.3, 59.13, 60.1 maddələrini kobud pozulması ilə tərtib edilmişdir. Seçki Məcəlləsinə zidd olaraq ciddi qanun pozuntuları ilə mənim namizədliyimin qeydə alınmasından imtina edilmişdir. Belə ki, Dairə Seçki Komisiyası aşagıdakı qanun pozuntusuna yol verilmişdir: 1.Dairə seçki komissiyası 7 gün müddətində deyil mənim bu barədə müraciətimdən sonra 8-ci gün namizədliyimin qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etmişdir (maddə 60.1). 2.İmza vərəqələri yoxlanılarkən Dairə Seçki Komissiyası tərəfindən namizədə və ya səlahiyyətli nümayəndəyə məlumat verilməmişdir (maddə 59.3). 3.İmza vərəqələrinin yoxlanıldıgı nəticələri haqqında işçi qrupunun protokolu və cədvəlin surəti namizədə təqdim edilməmişdir(59.13). 4.Səhvlər aşkar edilərkən Dairə Seçki Komissiyası 48 saat müddətində məni məlumatlandırmalıydı, bunu etməyiblər və mənə səhvlərin düzəldilməsi təkilf edilməyib(maddə 58.2). 5. Sözügedən qərar çoxlu texniki səhvlərlə, savadcız tərtib edilib, mənbələrə istinad düzgün göstərilməyib. 6.Namizədliyimin qəbul olunmamasına səbəb kimi göstərilən mənim maliyyə ilə baglı məlumatları gizli saxlagım qərarı tamamilə əsassızdır. Onlar mənim fiziki şəxs kimi VÖEN-imlə baglı məlumat vermədiyimi göstəriblər.Mən bildirirəm ki,mənim fiziki şəxs kimi VÖEN-im yoxdur. Göstərdikləri VÖEN (1700406181) mənim sədrlik etdiyim hüquqi şəxs ?Əks-səda?Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzinindir və burada ictimai əsaslarla işləməyim barədə DSK ?nə arayış təqdim etmişəm. Yuxarıdakı qanun pozuntularına əsaslanaraq tələb edirəm mənim deputatlıga namizədliyimin qeydə alınması barədə Seçki Məcəlləsinə uygun qərar qəbul edilsin və şikayətimin araşdırılmasına zamanı mənim müvafiq komissiyanın iclaslarında iştirakımın təmin edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA