MSK 460 nəfərin namizədliyini qeydə alıb

img

08-10-2010 [06:03]


İndiyə qədər 125 seçki dairəsi üzrə 1436 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında məlumat verib. Onun sözlərinə görə, namizədliyi təsdiqlənən şəxslərdən 1407 nəfər dairə seçki komissiyalarından imza vərəqələri götürüb, indiyədək 460 nəfərin namizədliyi qeydə alınıb. Ölkə ərazisində seçkini müşahidə etmək üçün MSK-ya 1083 müraciət daxil olub, bütün müraciətlərə müsbət cavab verilib. Seçki dairələrinin ərazisində müşahidə aparmaq üçün 3700 nəfər DSK-lara müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA