Polis əməkdazları üçün yaddaz kitabçası izıq üzü görüb

img

06-10-2010 [05:20]


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir. Komissiya bu dəfə ?Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair Yaddaş Kitabçası? hazırlayaraq çap etdirmişdir. Yaddaş kitabçasının mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanıb. Kitabça 2010-cu il noyabrın 7-nə təyin edilmiş dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilib. Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, ?Polsin haqqında? qanun, Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Xatırladaq ki, bundan öncə, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədlər üçün də yaddaş kitabçası çap etdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR