"...yolunu gözləyən 3 övladı, 80 yaşlı ata-anası var" - Habil Vəliyevin vəkili

img

18-04-2018 [11:28]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə H.Vəliyevin vəkili Rəsmiyyə Qəhrəmanova müdafiə çıxışı edib.

O bildirib ki, zərərçəkənlərin heç bir şikayəti yoxdur və H.Vəliyevin həbsdə qalmasını istəmirlər: "Onun yolunu gözləyən 3 övladı, 80 yaşlı ata-anası var. Xahiş edirəm, həbslə bağlı olmayan hökm çıxarasınız".

Proses aprelin 25-də davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək H.Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.

"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:11 15.06.2025

Sabah yağış yağacaq

08:28 14.06.2025

Bu gün “Son zəng”dir