Tələbə-jurnalistin prezidentə müraciətinə cavab gəldi

img

05-10-2010 [03:59]


Yazdığı tənqidi məqalələrə görə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) qanunsuz olaraq qovulan tələbə-jurnalist Elmin Bədəlovun ölkə prezidenti İlham Əliyevə ünvanladığı müraciətinə cavab alıb. Bu barədə MIA-ya özü məlumat verib. Tələbə-jurnalist qəbul etdiyi məktubun onu qane etmədiyini deyir: ?Yenə də müraciətdə qaldırdığım problemlər araşdırılmadan məktub ADNA-ya göndərilib. Onlar da heç bir əsas gətirmədən atdıqları addımın qanuni olduğunu bildiriblər. Halbuki Təhsil Nazirliyinin və ADNA-nın qanunvericiliyinə görə mən 6 aydan sonra ali məktəbə bərpa olunmalı idim. Bunu məhkəmələrdə hər iki tərəf bildirirdi. Amma sonradan buna əməl etmədilər. Artıq bütün müvafiq qurumlara müraciət etmişəm. Bundan sonra müraciətlərimi dayandırmaq qərarına gəldim. Çünki ölkə prezidenti də müraciəti başından edib ADNA-ya göndərib. Qərara aldım ki, bundan sonra ölkə hüdudlarından kənarda haqqımı tələb edəcəyəm. İddia ərizəsini hazırlayıb işi birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinə göndərəcəyik. Həmçinin başqa alternativ yollar fikirləşəcəyik?. Xatırladaq ki, jurnalist Elmin Bədəlov sentyabrın 23-də ölkə prezidenti İlham Əliyevə müraciət edərək ADNA-dan qovulmağının qanunsuz olduğunu bildirərək işin araşdırılmasını tələb etmişdi. Prezident Administrasiyasından ADNA-ya göndərilən məktuba akademiya rəhbərliyi ?Sizin ADNA üzrə 02/84 nömrəli, 19.01.2010-cu il tarixli əmrlə tələbələr sırasından xaric olunmağınız qanunidir? deyə cavab yazıb. Xatırladaq ki, E.Bədəlov bu ilin yanvar ayında yazdığı yazıya görə təhsil aldığı akademiyadan xaric olunub. Tələbə-jurnalist məsələ ilə bağlı akademiyanın rektoru Siyavuş Qarayevin müvafiq əmrinin ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdi, lakin həm birinci instansiya məhkəməsi, həm də Apelyasiya Məhkəməsi onun iddiasını təmin etməmişdi. E.Bədəlov hazırda ?Yeni Müsavat? qəzetinin əməkdaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR