Müxalifət Ermənistanın İctimai Radiosunu ələ keçirib - 1 saatlıq

img

14-04-2018 [20:57]


Ermənistanın əsas radiosu müxalifət qüvvələri tərəfindən ələ keçirilərək 1926-cı ildən ilk dəfə yayımını dayandırıb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, müxalifət nümayəndələri radionun binasına daxil olandan sonra yayım kəsilib.

Radionun binasına elektrik enerjisinin verilişi kəsilib. Rəqəmsal və respublika daxili FM şəbəkəsi formatında efir yayımı bir saatdan artıq dayanıb. Müxalifət nümayəndələri radionun binasını tərk etdikdən sonra rəqəmsal formatda efir bərpa olunub.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA