Zaur Əhməd imza vərəqələrini DSK-ya təhvil verib

img

04-10-2010 [08:10]


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Müstəqil İnformasiya Agentliyinin (MİA) redaktoru Zaur Əhməd bu gün imza vərəqələrini DSK-ya təqdim edib. Bu barədə məlumat verən jurnalist bildirib ki, imza toplamada ciddi problem yaşanmayıb. Onun sözlərinə görə, DSK-nın imzaların həqiqiliyini təsdiqləyəcəyinə inanır. MİA-nın redaktoru deyib ki, əslən Cəbrayıl rayonundan olduğu üçün seçicilərini yaxşı tanıyır: ?Cəbrayıl 17 il əvvəl işğal olunub. Cəbrayıllıların üzləşdiyi problemlər mənə yaxşı tanışdır. Həmyerlilərimin hüquqlarını qorumaq, onların dərdinə şərik çıxmaq üçün namizədliyimi irəli sürməyə qərar vermişəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA