Müsavat Partiyası Divanında oktyabrın 10-da keçiriləcək mitinqə hazırlığın gedizi müzakirə olunub

img

04-10-2010 [06:32]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb. Partiyanın razılığı olmadan deputatlığa namizədliyini irəli sürmüş bəzi partiya üzvlərinin hərəkətləri barədə müzakirələr aparılıb və Divanın sonrakı toplantılarında bununla bağlı konkret qərarların qəbul edilməsi haqqında razılığa gəlinib. Sonra parlament seçkiləri haqqında məsələ müzakirə olunub, ?AXCP-Müsavat? seçki blokunun namizədlərinə edilən təzyiqlər pislənilib. Bu təzyiqlərin qarşının alınması üçün konkret addımlar atılması qərara alınıb. Daha sonra oktyabrın 10-da keçiriləcək mitinqə hazırlığın gedişi müzakirə olunub, Divan üzvlərinə və digər partiya funksionerlərinə konkret tapşırıqlar verilib. Toplantının sonunda qadınlardan ibarət Azərbaycan şahmat komandasının son olimpiadada göstərdiyi nəticə gözləniləndən xeyli uğurlu nəticə kimi təqdir olunub. Bununla yanaşı kişilərdən ibarət yığma komandamızın öz potensialından xeyli aşağı səviyyədə çıxış etməsi təəssüflə qarşılanıb. Qeyd edilib ki, bu vəziyyət əslində son vaxtlar ölkənin şahmat federasiyasında yaranmış qeyri-sağlam atmosferin və Azərbaycanın 3 ən güclü qrosmeysterdən birinin komandaya cəlb edilməməsinin nəticəsidir. Müsavat Divanı qeyd edib ki, şahmat federasiyasının, eləcə də bu işlə məşğul olan digər rəsmilərin şahmatçılara münasibəti yalnız bir amilə - onların istedadına və potensialına əsaslanmalıdır. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA