Qadir ibrahimli: "Bəzi məmurlar YAP namizədlərinin səlahiyyətli nümayəndəsi kimi çıxız edir"

img

03-10-2010 [04:53]


Seçkinin birinci mərhələsi olmasına baxmayaraq, yerlərdə müxalifət nümayəndələrinə ciddi təzyiqlər edilir. Bəzi icra hakimiyyətləri müxalifət nümayəndələrinin imza toplamasına, bəziləri isə qeydə alınmasına problemlər yaradır. Aydınlar Partiyasının sədr müavini, "Qarabağ" Seçki Blokunun 74 saylı Lənkəran kənd Seçki Dairəsi üzrə vahid namizədi, tanınmış iqtisadçı Qadir İbrahimli də cənub bölgəsindəki qeyri-qanuni müdaxilələr barədə danışıb: - Cənub bölgəsində seçki aktivliyi aşağı səviyyədədir. Bunun başlıca səbəbi icra hakimiyyətinin seçkiyə kobud müdaxiləsidir. Məmurlar heç bir ölçü gözləmdən seçkiyə müdaxilə edir, müxalif və müstəqil namizədlərə imza toplanmasında problem yaradırlar. Problemlər bununla bitmir. Şanslı namizədlərə namizədliyini geri götürmək üçün təzyiqlər edilir. Konkret olaraq, "Qarabağ" Blokundan 75 saylı Lənkəran-Masallı və 77 saylı Astara Seçki Dairəsindən olan namizədlər təzyiqlə üzləşiblər. Onlara namizədliyini geri götürmək üçün təzyiq edilir. Adını çəkdiyim namizədlər çox nüfuzludurlar və YAP-ın namizədlərini məğlub etmək gücündədirlər. [b]- Konkret Sizə təzyiq olubmu? [/b] - Hələ ki mənə təzyiq yoxdur. Bəlkə də bu onunla bağlıdır ki, ölkə çapında tanınmış adamam və seçki qərargahımda nüfuzlu insanlar çalışır. İmzatoplama mərhələsi uğurla başa çatıb. İndi seçki qərargahım imzaları saf-çürük etməklə məşğuldur. Yaqin ki, yaxın günlərdə sənədlər 74 saylı DSK-ya təqdim ediləcək. Ancaq şəxsən mənə təzyiq olmasa da, YAP-dan olan rəqibimin xeyrinə bütün inzibati resurslar işləyir. [b]- Konkret necə? [/b] - Lənkəran icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Əlimərdan Əliyev faktiki olaraq YAP-ın namizədi Hadı Rəcəblinin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir. Onun imzalarını da kəndlərdəki icra nümayəndələri toplayıb. [b]- Bunun qarşılığında hansı addımlar atacaqsınız? [/b] - Bu sırf qanun pozuntusudur və mənim seçki qərargahım bununla bağlı MSK-ya müraciət hazırlayır. Başqa namizədlər də anoloji addımlar atacaqlar. Bu seçkinin demokratik keçiriləcəyini deyən hakimiyyətin vədlərini şübhə altına alır. [b]- Yəni, bu dəfə də seçkilər saxtalaşdırılacaq? [/b] - Bunu demak çatindir. Bir neçə gün Lənkəranda oldum və seçicilərlə ünsiyyət qurdum. İnsanlar ən radikal müxalifət partiyasından belə daha çox radikaldır. Onlar Milli Məclisdə etimad göstərəcəkləri şəxsin təmsil olunmasını istəyir və indiki deputatı qəbul etmirlər, onun fəaliyyətindən narazıdırlar. Hətta indiki deputatın qohumları belə, ondan narazıdır. Ona görə də çətin ki, bu dəfə nəticələri saxtalaşdırmaq mümkün olsun. Saxtalaşdırma olsa belə, seçicilərin kəskin müqaviməti ilə üzləşəcəklər. Saxtakarlığn qarşısını almaq üçün biz də bütün gücümüzü səfərbər edəcəyik. [b]- Başqa namizədlərlə bu barədə razılaşma varmı? [/b] - Təbii ki, var. Biz seçkinin demokratik keçirilməsi üçün bütün qüvvələri səfərbər edirik. Şəxsən mən hansı bloku və siyasi partiyanı təmsil etməsindən asılı olmayaraq YAP-a alternativ olan bütün namizədlərin hüquqlarını müdafiə etməyə hazıram. Mən real rəqabət mühitində mübarizə aparmaq istəyirəm və bunun üçün məndən asılı olan bütün addımlar atılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA