Bədrəddin Quliyev Rauf Arifoğlunun qeyri-qanuni kampaniya apardığına görə DSK-ya müraciət edib

img

02-10-2010 [03:20]


25 Saylı Nizami Ikinci Seçki Dairəsindən namizədliyi irəli sürülən Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyevin deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə MİA-ya namizədin özü məlumat verib. B.Quliyevin sözlərinə görə, imza toplama kampaniyasının sentyabrın 25-də sonna çatdıraraq imza vərəqələrini DSK-ya təqdim edib. DSK isə oktyabrın 2-də onun deputatlığa namizədliyini qeydə alıb. Partiya sədri təbliğat kampaniyası başlamamış bəzi namizədlərin qeyri-qanuni olaraq, təbliğat apardıqlarını bildirib: ?Artıq kampaniya başlamamış bəzi namizədlərin rayon ərazisində şəkilləri yapışdırılıb. Qeyri-qanuni olaraq görüşlər keçirənlər var. Xüsusiylə də Rauf Arifoğlu bu istiqamətdə müxtəlif tədbirlər, görüşlər keçirir. Bununla bağlı Dairə Seçki Komissiyasına müracit elədim. Əgər DSK müraciətimlə bağlı lazım olan addımları atmasa, məhkəməyə müraciət edəcəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA