Azər Həsrət imza vərəqələrini təhvil verdi

img

02-10-2010 [12:25]


34 saylı Xətai II seçki dairəsindən namizədliyi irəli sürülmüş müstəqil jurnalist, Yeddi Dövlət ? Bir Millət Konseyinin başqanı Azər Həsrətin seçki qərargahından verilən bilgiyə görə, oktyabrın 1-də onun müdafiəsi üçün toplanmış imza vərəqələri DSK-ya təqdim edilib. İmza vərəqələri ilə birlikdə ilkin maliyyə hesabatını da təqdim edən namizəd ən qısa zamanda rəsmi şəkildə qeydə alınacağına şübhə etmir. İmza toplama kampaniyasını uğurla başa vurmasında gənclərin və seçki qərargahının digər üzvlərinin önəmli rolu olduğunu deyən Azər Həsrət ümumilikdə bu mərhələdən çox razı qaldığını deyib: ?Mən gözlədiyimdən qat-qat artıq xoş münasibətlə qarşılaşdım. Dairəmizin ərazisində yaşayan seçicilərin həvəslə mənim xeyrimə imza verməsi bir daha göstərdi ki, bu dairəni seçməkdə səhv etməmişəm. Ümid edirəm ki, təşviqat mərhələsi başlayanda bu durum mənim üçün xeyli əlverişli şərait yaradacaq. İlkin mərhələnin uğurla tamamlanmasında göstərdikləri yardıma görə seçki qərargahımın bütün üzvlərinə dərin təşəkkür edirəm?. Xatırladaq ki, imza vərəqələri təqdim edildikdən sonra yeddi gün ərzində namizədin qeydiyyatı məsələsinə baxılmalıdır. Yəni Azər Həsrətin namizədlik məsələsi oktyabrın 7-dək həll edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR